Kitabxanada Xurşidbanu Natəvana həsr olunmuş sərgi

 

   Avqustun 9-da Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi münasibətilə kitab sərgisi açılıb.

   Sərgidə şairənin həyatının, klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizmlə seçilən yaradıcılığının əks olunduğu kitablar və dövri mətbuat nümunələri nümayiş etdirilib.

 

   * * *

 

   Səbail MKS-nin veb-səhifəsi müntəzəm olaraq Qarabağ haqqında yazılarla zənginləşdirilir. Saytda yerləşdirilmiş “Qarabağ miniatürləri” və “Qarabağ folklor mühitinin xüsusiyyətləri” məqalələri oxucular üçün zəngin mənbədir. Məqalələrdə Qarabağ miniatür sənətinin özünəməxsus cəhətləri, bu sənətin görkəmli nümayəndələri haqqında söz açılır, türk-oğuz folklor janrları nümunələrində, həmçinin “Kitabi-Dədə Qorqud” dastanındakı toponimlərin Qarabağ ərazisi ilə bağlılığı diqqətə çatdırılır.

 

 

    Mədəniyyət.- 2012.- 10 avqust.- S. 4.