Kitabxanada Mirvarid Dilbazinin 100 illiyi qeyd olunub

 

   Avqustun 13-də Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında Xalq şairi Mirvarid Dilbazinin 100 illiyi münasibətilə tədbir keçirilib.

   Tədbiri filialın müdiri Türkünaz İsamayılova açaraq şairənin həyat yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib.

   Mirvarid Dilbazi - sənətinin rahibəsiadlı sərgi oxucular tərəfindən maraqla qarşılanıb. Sərgidə Mirvarid Dilbazinin müxtəlif illərdə çapdan çıxmış kitabları, onun haqqında yazılan materiallar yer alıb.

 

 

  Mədəniyyət.- 2012.- 15 avqust.- S. 3.