Gənclər mədəniyyəti necə təbliğ etməli?

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclər mədəniyyəti necə təbliğ etməli” adlı kitabça çap olunub.

   “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin həyata keçirdiyi “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi çərçivəsində işıq üzü görən nəşrdə gənclərin Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini səmərəli şəkildə təbliğ etmələri ilə bağlı ekspertlərin, diaspor və QHT nümayəndələrinin fikirləri və təklifləri yer alıb.

 

 

    Mədəniyyət.- 2012.- 17 avqust.- S. 2.