Göyçayda Mirvarid Dilbazinin yubileyi qeyd edilib

 

   Prezident İlham Əliyevin 2012-ci il 16 may tarixli sərəncamına uyğun olaraq Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir. Belə tədbirlərdən biri Göyçay mərkəzi rayon kitabxanasında gerçəkləşib. Çıxışlarda həssas qəlbli şairin həyat yaradıcılığından geniş bəhs edilib. Şairin yaradıcılığında Vətəni müdafiə, uşaq aləmi, gəncliyin mənəvi dünyası, ana övlad məhəbbəti ilə bağlı mövzuların geniş yer aldığı vurğulanıb.

   Bildirilib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkar olub. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil edib. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.

   Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan M.Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi maraqlı şeir nümunələri heç zaman öz təravətini itirməyəcək.

   Sonda məktəblilər şairinNənənin nəvələri”, “Ana”, “Ağacların bahar nəğməsi”, “Ana diliadlı seirlərini oxuyublar.

 

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 3.