“Həyanım yollardı, birki sazım”

 

   XIX-XX əsr ozan-aşıq sənətimizin xeyli görkəmli qadın nümayəndələri olub. Taleyi nağıllara, dastanlara çevrilən, ömrünün ağ günləri barmaqla sayılan, nakam taleli sənətkarlarımızdan biri də Aşıq Bəstidir.

   O, XIX əsrin 30-cu illərində Kəlbəcər rayonunun Löh kəndində yoxsul ailədə dünyaya göz açır. Erkən yaşlarından bir çox fərdi keyfiyyətləri ilə tay-tuşlarından fərqlənir. Ancaq dövrün məlum qadağaları elə ilk addımda bu gənc qızın yolunda maneyə çevrilir. Atası Kərbəlayi Bayramalı ona təhsil almağı qadağan edir. Lakin o, savadsız qalsa da, ağıllı-dərrakəli bir gənc kimi saz-söz sənətkarlarının məclislərində yaxından iştirak edir. El ədəbiyyatını dərindən mənimsəyir. Bədahətən şeirlər deyir. Saz çalmağı öyrənir. 17-18 yaşında ikən bir çobanı sevir. Ancaq ilk məhəbbəti faciəyə dönür. Sevdiyi oğlan gözləri qarşısında bir bəy tərəfindən vəhşicəsinə qətlə yetirilir. Bəsti qarşılaşdığı mənzərədən sarsılır. Ancaq əli heç bir yerə çatmır. Şeirlərində Xançoban adlandırdığı nakam sevgilisinin intiqamını onu qətlə yetirən bəyləri ifşa edən, lənətləyən şeirləri ilə alır:

  

   A bəy, gəzirsən hallı-havalı,

   Süleyman mülkünün yiyəsi kimi?

   Nədəndir yaxşının başın kəsməyə

   Hazırsan xəncərin tiyəsi kimi?!

  

   O, dərdini təkcə bayatılarında, qoşma gəraylılarında deyil, həm telli sazın havacatlarında dilə gətirib. Aşıq Bəstinin əlinə saz götürüb aşıqlıq etməsi o dövr üçün sanki ədəbi hadisə inqilab olub. Doğrudan da, feodal-patriarxal adət-ənənələrin dini qadağaların hökm sürdüyü bir cəmiyyətdə qadının aşıqlıq etməsi o zaman cəsarət tələb edib. Aşıq Bəstinin şeirləri onun azad cəmiyyət arzularının ifadəsi, Azərbaycan qadınının öz hüquqları uğrunda mübarizliyinin, mövcud qadağalara etirazının bədii təcəssümü idi.

   O, mükəmməl təhsil savad ala bilməsə , fitri istedad sahibi olub. Məhz buna görə fikrini kamil sənətkar saz-söz xiridarı kimi ifadə edə bilib.

   Aşıq Bəsti dövrün məşhurQurban bulağıədəbi məclisinin fəal üzvü kimi tanınıb. Məhz buna görə Ağdabanlı Qurbanın diqqətini çəkib. O, qoşmalarının birində Aşıq Bəstinin el-obada tanınmasını dilə gətirib:

  

    Bağça bülbülüsən güllər eşqinə,

    Nəğməlisən - şirin dillər eşqinə.

    Sənətkar olubsan ellər eşqinə,

    Şöhrətin yayılıb hər yana, Bəsti.

  

   Aşıq Bəsti, o dövrün bəy-xanlarının əmək adamlarına verdiyi əzab-əziyyəti kəskin tənqid etməkdən çəkinmir mübarizəsini cəsarətlə davam etdirirdi. Təsadüfi deyil ki, ozan-aşıq sənətimizin korifeyi Aşıq Ələsgər Bəstininəğməkar bülbüladlandırıb, onun sənətinə yüksək qiymət verib. Bəlkə Aşıq Ələsgər Ağdabanlı Qurbanın bu şairə xanıma olan hörmətləri onun düşmənlərini başqa fitnə-fəsadlara əl atmaqdan çəkindirib.

   Zavallı aşıq-şairə el arasında həm "Kor Bəsti" kimi tanınıb. Bu onun yaradıcılığında da öz əksini tapıb. Nakam məhəbbətini sözlə ifadə edə bilməyən Bəsti doğma kəndindən ayrılır. Göyçə ellərini obalarını oymaq-oymaq gəzir, aşıqlıq edir. Qəlbini didib-parçalayan nakam məhəbbəti qəmli nəğmə kimi dillərə düşür. Sevgilisinin nakam taleyinə əbədi yas saxlayır. Ağlamaqdan gözlərinin nurunu itirir. Vaxtsız qocalır. Ancaq qəlbinin, duyğularının işığında uzun bir ömür yaşayır.

   Aşıq Bəsti şeirlərini oxuyarkən inana bilmirsən ki, onun heç bir təhsili olmayıb. Ancaq ilhamının fəhminin gücü ilə bu səviyyəyə yüksələ bilib:

  

   Bəsti deyər: gözdə qaldı murazım,

   Həyanım yollardı, bir ki, sazım.

   Hələ ki, ellərdən gəlir avazım,

   Deyirlər, yaşayır, sağ, yavaş-yavaş.

   

   Şairə hələ sağ ikən onun yaşadığı faciəli sevgi hekayətini əks etdirənBəsti Xançobandastanı yaranır. Tez bir zamanda dastanın qəlb göynədən qoşmaları qəmli nəğmə kimi dillərə düşür:

 

    Bu dağlarda neçə Leyli ağlamış,

   Bəsti kimi dağı, daşı dağlamış.

   Yaradan bizə nişanə saxlamış,

   taparam torpağından, Ərgünəş?

  

   Onun yaradıcılığı ötən əsrin 50-60-cı illərindən ədəbi tədqiqatın obyektinə çevrilir. Aşığın ədəbi irsinin ilk araşdırıcılarından biri filologiya elmləri doktoru, folklorşünas alim Sədnik Paşa Pirsultanlı olub. 1964-cü ildə akademik Həmid Araslının nəşr etdirdiyi "Azərbaycan aşıq yaradıcılığı"nda, yazıçı Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq şair qadınları" kitabında, "Kəlbəcər dünyası: yüz şairin bir kitabı"nda (tərtib edənlər A.Cəmil, M.Nərimanoğlu) filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyasında bu barədə geniş məlumatlar verilib. Bütün bunlara baxmayaraq, Aşıq Bəsti yaradıcılığı hələ tam tədqiq olunmayıb. Əldə edilən ədəbi nümunələr isə xalqın yaddaşında, hafizəsində qalanlardır.

   Aşıq Bəsti Kəlbəcərdən gedəndən sonra Göyçə mahalının Basarkeçər rayonunda məskunlaşır. Bir müddət orada yaşayır. Yaşlaşdıqca qəlbi doğma yerlər üçün darıxır. Məhz o, buna görə yenidən Kəlbəcərə dönür. Daşkəsən, Gədəbəy Samux rayonlarına səfərlər edir. El məclislərinə, şənliklərinə dəvət olunur. Dastan danışır, məclislər yola verir...

   Ömrünün ixtiyar çağlarında bir daha ata yurdunda bardaş qurub oturur. 1936-cı ildə, təxminən 100 yaşında dünyasını dəyişir.

  

 

   Savalan Fərəcov

 

    Mədəniyyət.- 2012.- 17 avqust.- S. 15.