“Top həm düşər, həm qalxar

 

    Sənədli film növbəti mükafata layiq görülüb

  

   Avqustun 21-24-də Serbiyanın Zlatibor şəhərində idman filmləri üzrə birinci beynəlxalq festival keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən bildiriblər ki, festivalda 14 ölkədən 25 film nümayiş etdirilib. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan rejissoru Arzu Urşanın “Top həm düşər, həm qalxarsənədli filmi festivalın birinci mükafatına layiq görülüb. Azərbaycan futbolunun 100 illiyinə həsr edilən ekran əsəri lentə alındığı 2011-ci ildən bu yana bir neçə festivalın qalibi olub.

 

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 2.