Yubiley gecəsi müvəffəqiyyətlə keçdi

 

   Zaqatala rayonu Çobankol kənd mədəniyyət evinin kollektivi türk dünyasının böyük mütəfəkkiri, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuş yubiley gecəsi keçirdi.

   Tədbirdə M.F.Axundzadənin uşaqlıq illərindən, həyat və yaradıcılığından ətraflı söz açıldı. Gecənin davamı olaraq kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Hacı Qara” və “Molla İbrahimxəlil kimyagər” komediyalarından hazırlanmış səhnəciklər göstərildi. Tədbirdə Çobankol kənd icra nümayəndələri, kənd bələdiyyəsinin üzvləri, müxtəlif peşə sahibləri, qonşu Qımır və Bazar kənd mədəniyyət işçiləri iştirak edirdi.

   Onu da qeyd edək ki, 2012-ci ilin ölkəmizdə “İdman ilielan olunması ilə bağlı mədəniyyət evində idman yarışları təşkil edirik. Qalib gələn idmançıları və M.F.Axundzadənin anadan olmasının 200 illik yubiley gecəsinin hazırlanmasında fəal iştirak etmiş şagirdləri mükafatlandırmaq məqsədilə kənd bələdiyyəsinin vəsaiti hesabına onların Şəki şəhərinə, o cümlədən M.F.Axundzadənin ev-muzeyinə ekskursiyasının təşkilini nəzərdə tutmuşuq.

 

 

    Şuay Xəlilov,

    mədəniyyət evinin bədii rəhbəri

 

   Mədəniyyət.- 2012.- 31 avqust.- S. 6.