Nizami Gəncəvi qədim Hindistan

 

Dahi Azərbaycan şairinin yubileyi Dehlidə qeyd olundu

Xəbər verdiyimiz kimi, Hindistanın paytaxtı Dehli şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

Yubiley tədbirləri Prezident İlham Əliyevin Dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 2011-ci il 23 dekabr tarixli sərəncamına uyğun olaraq Mədəniyyət Turizm Nazirliyi, ölkəmizin Hindistandakı səfirliyi Hindistanın İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Bu məqsədlə tanınmış elm incəsənət xadimlərindən ibarət heyət noyabrın 28-dən dekabrın 2-dək Hindistanda səfərdə olub.

Mədəniyyət Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev səfər təəssüratlarını oxucularımızla bölüşdülər.

Vaqif Bəhmənli: Azərbaycan-Hindistan mədəni əlaqələrinin kökləri çox qədimdir

- Nizami Gəncəvinin yubileyi ilə bağlı Hindistanda keçirilən tədbirlər, o cümlədən tanınmış alimlərin iştirak etdiyi elmi konfrans bir daha sübut etdi ki, bəşəriyyətin dahi insanların fikirlərinə çox böyük ehtiyacı var. Hindistan kimi böyük bir ölkənin alimlərinin bir araya gəlib Nizami yaradıcılığına yenidən nəzər salmaları, bu mənada xüsusi əhəmiyyət daşıyırdı. Nizami Gəncəvinin yubileyi ilə bağlı 2012-ci il ərzində keçirilən çoxsaylı tədbirlər sırasında Gəncədə beynəlxalq elmi simpoziumdan sonra Hindistanda keçirilən bu konfrans öz əhəmiyyətinə, tutumuna görə mühüm tədbir hesab oluna bilər. Çünki Hindistan əhalisinə görə dünyada ikinci böyük dövlətdir. Belə bir ölkənin paytaxtında - Nyu Dehlidə çox nüfuzlu təşkilatlardan olan İndira Qandi adına Milli Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairinin yubileyinin qeyd olunması Nizami irsinə verilən böyük qiymətdir. Doğrudur, il boyu dünyanın bir çox ölkələrində dahi şairin yubileyi qeyd edilib, bu yaxınlarda Moskvada Nizami Gəncəvi ilə bağlı çox gözəl bir tədbir keçirildi. Onun ardınca da Hindistanda keçirilən bu tədbir Nizami yaradıcılığına böyük marağı sübut etdi.

Elmi konfransda Hindistanın tanınmış filoloqları, nizamişünasları, alimləri iştirak edirdilər. Hindistan alimləri çıxışlarında Nizami Gəncəvini dahi Azərbaycan şairi kimi qəbul etdiklərini birmənalı olaraq bildirdilər. Nizaminin çoxlu əlyazmaları bu gün Hindistanın kitabxanalarında, elmi mərkəzlərdə qorunub saxlanılır, tədqiqatçıların diqqətini cəlb edir. Dahi mütəfəkkirin yaradıcılığında Şərq xalqlarının, hind xalqının həyatı ilə bağlı olduqca maraqlı məlumatlar var. Nizami Hindistanı qədim bir ölkə kimi tərənnüm edir, Yeddi gözəl poemasında yeddi gözəldən biri hind şahzadəsidir. Bundan başqa, İsgəndərnamə poemasında İsgəndər Hindistana hücum edəcəyi ilə bağlı məktub göndərir. Hind padşahı son dərəcə ağıllı qərar qəbul edərək məmləkətini fəlakətdən qurtarır. Nizaminin əsərlərində Hindistanla bağlı belə maraqlı məqamlar çoxdur. Bu da onu göstərir ki, Azərbaycanla Hindistan arasındakı mədəni əlaqələrin kökləri çox qədimdir.

Təsadüfi deyil ki, hind şairi Əmir Xosrov Dəhləvi Nizamini özünün ustadı sayırdı. Bütün bunlar əsas verirdi ki, Hindistanın Nizamini sevən insanları onun yaradıcılığına bir daha qayıtsınlar.

Elmi konfrans İndira Qandi adına Milli Mədəniyyət Mərkəzində keçirilirdi. Nümayəndə heyətinin rəhbəri kimi əvvəlcə mən giriş nitqi söylədim, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev Azərbaycan-Hindistan diplomatik əlaqələri barədə ətraflı məlumat verdi.

İki gün ərzində konfransda sanballı elmi məruzələr dinlənildi. AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli Nizami Gəncəvinin əsərlərində türk xarakteri, professorlar Qəzənfər Paşayev Hindistan-Azərbaycan ədəbi mədəni əlaqələrinə baxış, Bilqis Hüseyni Hindistanda Nizami Gəncəvi populyarlığı, Şariful Hasan Qaşemi Nizami Gəncəvi yaradıcılığına hind töhfəsi, Naşim Şah Cammu Kəşmir kitabxanalarında Nizami Gəncəvinin əsərlərinin əlyazması, A.Hasan Nizami Gəncəvi onun poeziyasının məziyyətləri, doktor S.K.Hüseyni Mövlana Azad Kitabxanasında Nizami Gəncəvinin əlyazmaları, AMEA-nın aparıcı elmi işçisi Siracəddin Hacı Nizami poeziyasının fəlsəfəsi, Xəyalə İsmayılova Nizami Gəncəvinin Azərbaycan Milli Kitabxanasında əlyazmaları mövzusunda məruzələrlə çıxış etdilər. Hindistanlı alimlərin Nizami Gəncəvinin əsərlərinin tarixi əhəmiyyəti, İsgəndərnamə İran Mərkəzi Asiyanın sosial-mədəni tarixində bir mənbə kimi, Nizami Gəncəvi poeziyasında sənət fikir s. məruzələri maraqla qarşılandı.

Konfransın dinləyici auditoriyasında hindistanlı gənclərin iştirak etməsi Nizami irsinə yeni nəsillər tərəfindən böyük maraq olduğunun göstəricisi idi. Onu da qeyd edim ki, konfransın materialları kitab halında nəşr olunub tədbir zamanı iştirakçılara paylandı.

Konfrans gedişində tədbirdən sonra Azərbaycan sənətkarları çox gözəl çıxış etdilər. Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov Fəxrəddin Dadaşovun ifasında səslənən Azərbaycan muğamları sevgi ilə qarşılandı. Xalq artisti Azər Zeynalov Nizami Gəncəvinin sözlərinə bəstələnmiş əsərləri böyük ustalıqla ifa etdi. Eyni zamanda hind müğənniləri Nizami Gəncəvinin əsərlərindən parçalar ifa etdilər.

Bununla yanaşı, Nizami Gəncəvi yaradıcılığını əks etdirən, uzun illərdən bəri Azərbaycanda müxtəlif dillərdə çap olunan kitabların sərgisi keçirildi. Bağlanış mərasimi yüksək səviyyədə baş tutdu, ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

Fikrət Babayev: Hindistan Prezidentinin iqamətgahında Nizamiyə həsr olunmuş xüsusi otaq var

- Bu il dahi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş istər Azərbaycanda, istər ölkəmizin xaricində bir çox yaddaqalan tədbirlər keçirilib. Bu xüsusda Hindistanda keçirilmiş tədbirləri çox yüksək qiymətləndirirəm hesab edirəm ki, bu, Azərbaycan-Hindistan əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan böyük bir addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan həqiqətlərini, Azərbaycan mədəniyyətini hind xalqına təqdim etmək üçün fürsət idi. Dehlidə keçirilən elmi konfrans bir daha göstərdi ki, Hindistanda Nizami Gəncəvi kifayət qədər tanınır, onun yaradıcılığını tədqiq edən alimlər, nizamişünaslar var.

Nizami Gəncəvi qədim zamanlardan Hindistanda məşhur olub. Maraqlı bir faktı da qeyd edim ki, Hindistan Prezidentinin iqamətgahında Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş otaq var. Nizami Gəncəvinin orada nümayiş olunan rəsmi bizim gördüyümüz rəsmlərdən fərqlidir. Bu rəsmdə Nizami nurani bir qocadır. Eyni zamanda, otaqda Nizaminin əsərlərinə həsr olunmuş miniatürlər yer alır. Prezidentin iqamətgahında Nizamiyə belə bir diqqət göstərilirsə, demək, Hindistanda Nizami Gəncəvi yaradıcılığına böyük bir sevgi, maraq var. Bu mənada Nizami Gəncəvinin yubileyinin Hindistanda keçirilməsi təsadüfi deyil.

Biz təkcə elmi konfransla kifayətlənmədik, eyni zamanda, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin eksponatlarından ibarət Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan xalçalarında adlı çox gözəl bir sərgi nümayiş etdirdik. Xalçalarla yanaşı, nümayiş olunan mis qabların üzərində Nizaminin Leyli Məcnun, Xosrov Şirin digər əsərlərindən epizodlar əks olunmuşdu. Sərgi çox böyük marağa səbəb oldu.

Nizami Gəncəvi bəşəriyyətə məxsus mütəfəkkirdir bu nöqteyi-nəzərdən onun yubileyinin Hindistanda qeyd olunmasında bir qanunauyğunluq var. Çünki Nizaminin çoxsaylı əlyazmaları Hindistanda qorunub saxlanılır, eyni zamanda, Hindistanın da Azərbaycanda çoxsaylı abidələri var. Atəşgah barədə məlumat verdik bu çox böyük marağa səbəb oldu.

Səfər zamanı biz Hindistanın mədəniyyət nazirinin müavini ilə görüşdük, Azərbaycan-Hindistan mədəni əlaqələrinin inkişafı mövzusunda fikir mübadiləsi apardıq. Güman edirik ki, Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün çox yaxşı zəmin var.

Dünyanın ən böyük dövlətlərindən olan Hindistanda Nizami Gəncəvinin yubileyi layiqincə qeyd olundu. Tədbirlər Hindistanın kütləvi informasiya vasitələrində işıqlandırıldı. Bütün bunlar göstərir ki, Azərbaycan-Hindistan mədəni əlaqələrinin çox yaxşı gələcəyi var.

Təranə Vahid

 

Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 8.