Dolufilmi Rusiyada təqdim olunub

 

   Azərbaycanfilmkinostudiyasında yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun lentə aldığıDolubədii filmi dekabrın 6-da Moskvada nümayiş etdirilib.

  

   “Lyudmila Ryuminanın Folklor Mərkəzikonsert salonunda keçirilən təqdimatı filmin bəstəkarı, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq tariximizin ağır dövrünün real hadisələrini əks etdirən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən filmin yaradıcı heyətinə təşəkkürünü bildirib: “Dolufilmi Qarabağ probleminə həsr edildiyinə görə biz bu filmi Moskvada, daha sonra Sankt-Peterburq Yekaterinburqda nümayiş etdirmək qərarına gəldik, çünki bu film bizim Rusiyadakı diaspor üçün maraqlı olacaqdır”.

   Ssenari müəllifi Aqil Abbas filmin Rusiyada nümayişinin təşkilinə görə səfirliyə şəxsən Polad Bülbüloğluna təşəkkürünü bildirib. Onun sözlərinə görə, Mədəniyyət Turizm Nazirliyinin sifarişi əsasında çəkilən film Azərbaycanda artıq təqdim edilib uğur qazanıb: “Biz Azərbaycan kinematoqrafına töhfə vermək istəmişik. Bu ideyanı dəstəkləyənlərin hamısına təşəkkür edirəm”.

   Rejissor Elxan Cəfərov çıxışında vurğulayıb ki, yaradıcı qrup Qarabağ müharibəsi mövzusuna həsr edilmiş bu filmin ərsəyə gəlməsinə görə qürur duyur.

   Sonra film nümayiş olunub. TamaşaçılarDolu”nu böyük maraq həyəcanla qarşılayıblar.

   Dekabrın 7-də ekran əsəri Yekaterinburq şəhərində Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Ural filialının akt zalında nümayiş olunub. Bir gün sonra isə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional bölməsinin təşkilatçılığı ilə film Sankt-PeterburqdakıRodinakinoteatrında təqdim edilib. Azərbaycanın baş konsulu Qüdsi Osmanov ekran əsərinin peşəkarlıqla çəkildiyini qeyd edərək gənclərdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan filmin çəkiliş qrupuna minnətdarlığını bildirib. Filmin nümayişi tam anşlaqla keçib.

   Qeyd edək ki, 2012-ci ildə ərsəyə gələnDolufilmində əsas rollarda Xalq artisti Fuad Poladov, əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov başqaları çəkilib.

 

Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 10.