Milli Kitabxanada anım mərasimi

 

   Azərbaycan Milli Kitabxanasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “12 dekabr xatirə günüdür” adlı kitab sərgisi təşkil olunub.

   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq böyük rəhbərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, ümummilli liderin sayəsində zəngin mədəniyyətimiz dünyada tanınıb, Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxıb.

   Tədbir iştirakçıları ümummilli liderin həyatını əks etdirən Azərbaycan, rus, ingilis, türkfars dillərində 150-yə yaxın kitabdan ibarət geniş sərgi ilə tanış olublar.

  

Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 4.