Fərhad Bədəlbəylinin yubileyinə həsr olunmuş konsert

 

   Dekabrın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Musiqi Akademiyasının rektoru, professor, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Fərhad Bədəlbəylinin 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi. Konsertdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

   Proqram Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Tofiq QuliyevinValsmusiqisi ilə başlandı. Azərbaycan bəstəkarlarından Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin, eləcə də dünya klassiklərindən Françesko Çilea, Cakomo PuççiniSergey Raxmaninovun əsərləri səsləndi. Konsertdə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da yer alırdı.

   Gecədə yubilyar royal arxasında əyləşərək özününxarici bəstəkarların əsərlərini ifa etdi. Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılandı.

  

   Reyhan .

 

  Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 2.