Azərbaycan turizmi İstanbulda nümayiş olunub

 

   Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ənənəvi “EMİTT 2012” beynəlxalq turizm sərgisi keçirilib.

  

   Ölkəmizi bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Heyətdə Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi A.Əliməmmədova, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri A.Abbasov, Şəki Turizm İnformasiya Mərkəzinin əməkdaşı Q.Əhmədova, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 üzvü, eləcə də turizm şirkətlərinin təmsilçiləri yer alıb.

   Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə iştirak etdiyi sayca beşinci sərgi olan “EMİTT 2012” sərgisində dünyanın 60-dan artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 900-dək şirkəti iştirak edib.

   Sərginin açılışında iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycan stendi ilə tanış olub. Sərgi müddətində ölkəmizin turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları Azərbaycan lövhəsinə təşrif buyuran ziyarətçilərə paylanılıb.

   Ölkəmizə aid lövhədə “Geo Travel”, “Millennium Tourism and Congress DMC”, “Terra Travel”, “Billur Tour”, “Regea Travel”, “The Tour” “Lake Palace”, “Green travel”, “Sky travel” şirkətləri təmsil olunublar. Şirkətlərin təmsilçiləri Türkiyənin yerli xarici turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparıb, müqavilələr imzalamış gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

   Ölkəmizin sərgidə iştirakı, Avropa ölkələri ilə turizm sahəsində əməkdaşlığın perspektivləri, son illər ərzində ölkəmizdə turizm sektorunun inkişafı turizm potensialı barədə Türkiyəninİpekyolu media” “World Travel Channel” televiziya kanallarında geniş məlumatlar verilib.

   Sərginin işində fəallıq göstərən ölkəmiz keçirilən nominasiyada “EMİTT sərgisində davamlı iştirakçı dövlətstatusunu qazanıb.

 

    Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2012.- 17 fevral.- S. 9.