Mənəvi
dəyərlərin tərbiyəvi rolu
Bütün dövrlərdə insanların mənəvi
aləmi, əxlaq normaları və gerçək aləmə
baxışları ilə bağlı adət və ənənələrin
yaradıcısı xalq olub. Aydındır ki, bizim hər
birimiz erkən yaşdan milli adət və ənənələrin
əhatəsində böyüyürük.
Həyatda
qarşılaşdığımız hər bir mənəvi
dəyəri öyrənir və mənimsəyirik. Beləliklə,
həmin mənəvi dəyərlər dövrün,
mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə
uyğun cilalanır, yeni forma və məzmun alır. Eyni
zamanda şəraitə uyğun mənəvi dəyərlər-adət
və ənənələr yaranır. Deyək ki, bu müqəddəs
məfhumlar həyatın bütün dövrlərində
insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi
olub. Çünki insan zəkasının yaratdığı
bu müqəddəs ənənələr bütün
zamanlar, həm də nəsillər arasında körpü
rolunu oynayıb.
Mənəvi dəyərlər
daha çox ictimai rəyə əsaslanan yazılmamış
ünsiyyət qanunları kimi fəaliyyət göstərir.
Adət və ənənə ilə əxlaq arasında bir
qırılmaz bağlılıq var. Çünki hər bir ənənə
müəyyən əxlaqi məna daşıyır. Onlara
laqeyd qalmaq insanlar arasında münasibətlərin
pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət
arasında ziddiyyətlərin əmələ gəlməsinə
səbəb olur. Çünki milli-mənəvi dəyərlər
xalqın milli ruhunu, estetik duyumunu, sənətkarlıq
qüdrətini özündə yaşadır.
Çeşidli folklor nümunələrimiz məhz adət və
ənənələrimiz işığında intişar
tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni
irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun
ifadə vasitəsinə çevrilib.
Bu gün milli adət və ənənələrimiz
bədii-emosional tamaşa elementləri, musiqi, mahnı
nümunələri, əyləncəli oyunlarla zəngin
olmaqla yanaşı, insanların davranışlarına əsaslı
təsir göstərən əxlaq normalarının da
daşıyıcıları hesab olunur. Adət və ənənələr
bütün mədəni tədbirlər üçün rəmzi
məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn,
Novruz bayramı ərəfəsində keçirilən bir
çox mədəni tədbirlərdə səmənidən,
xalqımızın qədim milli geyimlərindən və s.
milli-rəmzi atributlarından geniş istifadə olunur.
Xalqımızın adət və ənənələrinin
milli-psixoloji xüsusiyyətlərinə uyğun gələn
nümunələr mədəni həyatımıza tətbiq
olunur.
Milli adət və ənənələrin
öyrənilməsi və onların mənəvi dəyərlər
sisteminə çevrilməsi həmişə aktual olub.
Çünki tarixin bütün dövrlərində millətin
və xalqın ictimai şüur səviyyəsini əks etdirən
adət və ənənələr həm də mədəni
tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri
kimi çıxış edib. Digər tərəfdən, hər
bir xalqın bədii yaradıcılıq nümunələri
adət və ənənələr məkanında klassikləşib
və mədəni irsə çevrilib. Yeni yaranan mənəvi
dəyərlər də varislik prinsiplərinə uyğun
olaraq əski adət və ənənələrdən bəhrələnib.
Qeyd edək ki, müstəmləkə,
əsarət həyatı yaşamış hər bir
xalqın mədəniyyətində, xüsusilə milli dəyərlər
sistemini özündə yaşadan adət və ənənələrdə
deformasiya halları olub. Azərbaycan xalqının iki əsrədək
çar Rusiyanın və sovet dövlətinin tərkibində
olması bir çox milli və dini adət-ənənələrimizin
təzyiqlər altında qalmasına səbəb olub. Dini
bayramlarımızın gerçək həyatda keçirilməsinə
qadağalar qoyulub. Amma onların bədii-emosional ifadə vasitələri
xalqımızın yaddaşında yaşayıb.
Azərbaycan xalqı müstəqilliyini
bərpa etdikdən sonra Qurban, Ramazan, Novruz kimi dini və milli
bayramlarımızın keçirilməsinə qadağalar da
aradan qalxdı. Bu gün milli və dini adət-ənənələrimizdəki
bədii-emosional cəhətlərin
araşdırılmasına, onlarla əlaqədar olan folklor
nümunələrinin aşkar olunmasına böyük ehtiyac
duyulur. Məlumdur ki, tətbiqi incəsənətin yanaşma
və dəyişmə metodlarından biri ictimai, siyasi, fəlsəfi
fikri bədii hadisəyə çevirməkdir. Bunun
üçün tətbiqi incəsənətin bədii-sənədli
dramaturgiya janrından yaradıcı şəkildə istifadə
edilir. Nəzərdə tutulan hadisələrin ideyası
ssenari şəklində tapılır. Sonra həm
nümayiş etdirmə, həm də teatrlaşdırma vasitəsilə
reallaşdırılır. Nəticədə ünsiyyətin
bədii kütləvi forması meydana çıxır. Bədii-kütləvi
işin formalarından istifadə edilərək unudulub
yaddaşdan silinmiş milli adət və ənənələrimiz
həmin bədii kütləvi tədbirlərin ifadə vasitələrinə
çevrilir.
Xalq tərəfindən
yaradılmış hər bir adət və ənənə əsrlər
boyu yaşayıb. İnsanlar hər şeydən çox
keçirilən mərasimlərin fövqəltəbiiliyinə
daha çox inanıblar. Adət-ənənələrdə
simvolik elementlər də xüsusi yer tutub və onlar insan mənəviyyatına
çevrilən amillər kimi tərbiyə sistemində hər
zaman xüsusi əhəmiyyət kəsb edib.
Savalan FərəcovMənəvi dəyərlərin
tərbiyəvi rolu
24.02.2012
Bütün dövrlərdə
insanların mənəvi aləmi, əxlaq normaları və
gerçək aləmə baxışları ilə
bağlı adət və ənənələrin
yaradıcısı xalq olub. Aydındır ki, bizim hər
birimiz erkən yaşdan milli adət və ənənələrin
əhatəsində böyüyürük.
Həyatda
qarşılaşdığımız hər bir mənəvi
dəyəri öyrənir və mənimsəyirik. Beləliklə,
həmin mənəvi dəyərlər dövrün,
mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə
uyğun cilalanır, yeni forma və məzmun alır. Eyni
zamanda şəraitə uyğun mənəvi dəyərlər-adət
və ənənələr yaranır. Deyək ki, bu müqəddəs
məfhumlar həyatın bütün dövrlərində
insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi
olub. Çünki insan zəkasının yaratdığı
bu müqəddəs ənənələr bütün
zamanlar, həm də nəsillər arasında körpü
rolunu oynayıb.
Mənəvi dəyərlər
daha çox ictimai rəyə əsaslanan yazılmamış
ünsiyyət qanunları kimi fəaliyyət göstərir.
Adət və ənənə ilə əxlaq arasında bir
qırılmaz bağlılıq var. Çünki hər bir ənənə
müəyyən əxlaqi məna daşıyır. Onlara
laqeyd qalmaq insanlar arasında münasibətlərin
pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət
arasında ziddiyyətlərin əmələ gəlməsinə
səbəb olur. Çünki milli-mənəvi dəyərlər
xalqın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini
özündə yaşadır. Çeşidli folklor nümunələrimiz
məhz adət və ənənələrimiz
işığında intişar tapır. İndi bu mənəvi
dəyərlər zəngin mədəni irs olmaqla bərabər,
eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə
çevrilib.
Bu gün milli adət və ənənələrimiz
bədii-emosional tamaşa elementləri, musiqi, mahnı
nümunələri, əyləncəli oyunlarla zəngin
olmaqla yanaşı, insanların davranışlarına əsaslı
təsir göstərən əxlaq normalarının da
daşıyıcıları hesab olunur. Adət və ənənələr
bütün mədəni tədbirlər üçün rəmzi
məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn,
Novruz bayramı ərəfəsində keçirilən bir
çox mədəni tədbirlərdə səmənidən,
xalqımızın qədim milli geyimlərindən və s.
milli-rəmzi atributlarından geniş istifadə olunur.
Xalqımızın adət və ənənələrinin
milli-psixoloji xüsusiyyətlərinə uyğun gələn
nümunələr mədəni həyatımıza tətbiq
olunur.
Milli adət və ənənələrin
öyrənilməsi və onların mənəvi dəyərlər
sisteminə çevrilməsi həmişə aktual olub.
Çünki tarixin bütün dövrlərində millətin
və xalqın ictimai şüur səviyyəsini əks etdirən
adət və ənənələr həm də mədəni
tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri
kimi çıxış edib. Digər tərəfdən, hər
bir xalqın bədii yaradıcılıq nümunələri
adət və ənənələr məkanında klassikləşib
və mədəni irsə çevrilib. Yeni yaranan mənəvi
dəyərlər də varislik prinsiplərinə uyğun
olaraq əski adət və ənənələrdən bəhrələnib.
Qeyd edək ki, müstəmləkə,
əsarət həyatı yaşamış hər bir
xalqın mədəniyyətində, xüsusilə milli dəyərlər
sistemini özündə yaşadan adət və ənənələrdə
deformasiya halları olub. Azərbaycan xalqının iki əsrədək
çar Rusiyanın və sovet dövlətinin tərkibində
olması bir çox milli və dini adət-ənənələrimizin
təzyiqlər altında qalmasına səbəb olub. Dini
bayramlarımızın gerçək həyatda keçirilməsinə
qadağalar qoyulub. Amma onların bədii-emosional ifadə vasitələri
xalqımızın yaddaşında yaşayıb.
Azərbaycan xalqı müstəqilliyini
bərpa etdikdən sonra Qurban, Ramazan, Novruz kimi dini və milli
bayramlarımızın keçirilməsinə qadağalar da
aradan qalxdı. Bu gün milli və dini adət-ənənələrimizdəki
bədii-emosional cəhətlərin
araşdırılmasına, onlarla əlaqədar olan folklor
nümunələrinin aşkar olunmasına böyük ehtiyac
duyulur. Məlumdur ki, tətbiqi incəsənətin yanaşma
və dəyişmə metodlarından biri ictimai, siyasi, fəlsəfi
fikri bədii hadisəyə çevirməkdir. Bunun
üçün tətbiqi incəsənətin bədii-sənədli
dramaturgiya janrından yaradıcı şəkildə istifadə
edilir. Nəzərdə tutulan hadisələrin ideyası
ssenari şəklində tapılır. Sonra həm
nümayiş etdirmə, həm də teatrlaşdırma vasitəsilə
reallaşdırılır. Nəticədə ünsiyyətin
bədii kütləvi forması meydana çıxır. Bədii-kütləvi
işin formalarından istifadə edilərək unudulub
yaddaşdan silinmiş milli adət və ənənələrimiz
həmin bədii kütləvi tədbirlərin ifadə vasitələrinə
çevrilir.
Xalq tərəfindən
yaradılmış hər bir adət və ənənə əsrlər
boyu yaşayıb. İnsanlar hər şeydən çox
keçirilən mərasimlərin fövqəltəbiiliyinə
daha çox inanıblar. Adət-ənənələrdə
simvolik elementlər də xüsusi yer tutub və onlar insan mənəviyyatına
çevrilən amillər kimi tərbiyə sistemində hər
zaman xüsusi əhəmiyyət kəsb edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 24 fevral.- S. 14.