Yaradıcı əməyə verilən qiymət

 

   Azərbaycan Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edildi

  

   İyulun 10-da Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatların təqdim olunması mərasimi keçirildi.

  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açdı və onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırdı. Sonra nazir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində görülən işlərdən danışdı, bu baxımdan cari ilin ölkəmiz üçün xüsusilə əlamətdar olduğunu vurğuladı: “Ölkəmizdə çoxlu irimiqyaslı beynəlxalq layihələr gerçəkləşib. Azərbaycan beynəlxalq musiqi festivallarına, mədəniyyət tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Bu ilin mayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi buna bariz nümunədir. Son bir ayda üç ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilibbu tədbirlərin uğurla gerçəkləşməsində mədəniyyət xadimlərimizin böyük rolu olub. Müxtəlif ölkələrdə keçirilmiş silsilə tədbirlərdə milli musiqi nümunələrimiz təbliğ olunur. Sevinirik ki, Azərbaycan mədəniyyəti dünyada tanıdılır, qəbul edilir, milli-mədəni irsimizə hörmətlə yanaşılır”.

   Heydər Əliyev Fondu tərəfindən bu sahədə irimiqyaslı layihələrin reallaşdırıldığını vurğulayan nazir qeyd etdi ki, belə layihələr mədəniyyətimizin, incəsənətimizin dünyada daha geniş təbliğinə böyük töhfədir.

   Əbülfəs Qarayev bildirdi ki, dövlət qayğısı sayəsində Azərbaycan teatrı və kinosu özünün yeni inkişaf yoluna qədəm qoyub: «Teatrlarımızda yeni tamaşalar hazırlanır. Bu gün dünyanın ən təcrübəli rejissorları öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşür, eləcə də gənc mütəxəssislərimiz aparıcı dünya ölkələrində təcrübə mübadiləsində olurlar. Eyni zamanda, tamaşalarımız və yeni çəkilmiş ekran əsərlərimiz bir çox beynəlxalq festivallarda, müsabiqələrdə uğurla iştirak edərək Azərbaycanın teatrkino məktəbinin tanınması və təbliğinə yeni töhfələr verirlər. Biz çox sevinirik ki, artıq Azərbaycan teatrının adı beynəlxalq məkanda çox böyük hörmətlə çəkilir. Bu il ölkəmizdə böyük teatr konfransının keçirilməsini nəzərdə tutmuşuq».

   «Azərbaycan musiqisiinkişaf yolundadır»,- deyən nazir bildirdi ki, bu yaxınlarda gənc bəstəkarların plenumu da keçirildi: «Yeni əsərlər yazılır, ifaçılıq məktəbinin fəaliyyəti şaxələnir. Kamerasimfonik orkestrlərimiz müxtəlif ölkələrdə çıxışlar edir, beynəlxalq festivalların iştirakçıları olurlar. Həmin tədbirlərdə aparıcı qüvvə kimi çıxış edirlər. OperaBalet Teatrının tamaşaları artıq Azərbaycanın hüdudlarını aşaraq xarici səhnələrdə nümayiş olunur Bu da bizim üçün sevindirici haldır».

   Nazir Azərbaycan rəssamlarının müxtəlif ölkələrdə keçirilən silsilə beynəlxalq sərgilərini milli rəssamlıq məktəbimizin uğuru kimi qiymətləndirdi: “Azərbaycan mədəniyyəti bir məqsədə xidmət edir: ölkəmizin dünyada təbliği və onu yalnız neft ölkəsi kimi deyil, həm də mədəniyyət ölkəsi kimi tanıtmaq”. Azərbaycan muzeylərində digər ölkələrin sərgilərinin təşkilinin də əhəmiyyətini qeyd edən Əbülfəs Qarayev ölkəmizdə sərgi mədəniyyətinin inkişaf etdiyini vurğuladı.

   Nazir turizm sahəsində çalışan və bu sahəni inkişaf etdirən kadrlara da toxundu: «Azərbaycanda turizm sahəsi inkişaf etməkdədir və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə turizm şəbəkəsində çalışan insanlar da fəxri adlara layiq görülüblər».

   Nazir il ərzində keçirilən yubiley tədbirlərinə də toxundu: “Ölkə başçısının sərəncamları ilə bu il ərzində tanınmış elm xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlər təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd edilməkdədir. M.Ə.Sabirin 150, M.S.Ordubadinin isə 140 illiyinə həsr olunmuş yubiley tədbirləri təntənəli şəkildə qeyd edildi. Bu qəbildən olan tədbirlərimiz il ərzində davam edəcək. Dahi N.Gəncəvinin 870 illiyinin qeyd olunması, M.F.Axundzadənin 200 illiyinə həsr edilmiş təntənəli tədbir, H.Cavidin 130 illik yubileyinin keçirilməsi nəzərdə tutulub. Bunlar hamısı xalqımızın tarixi keçmişimizə, ədiblərimizə, mədəni irsimizə hörmətidir».

   Son vaxtlar Azərbaycan şəhərlərinin qardaşlaşdığı digər şəhərlərdə də keçirilən tədbirləri yüksək qiymətləndirən Əbülfəs Qarayev mədəniyyət xadimlərimizin bu tədbirlərdə fəal iştirakını təqdir etdi: «Böyük şəhərlərdə, mərkəzlərdə keçirilən tədbirlərin əhəmiyyəti tamamilə başqadır. Amma şəhərlərin arasında keçirilən mədəni mübadilə yerlərdə daha böyük əks-səda doğurur. Bu istiqamətdə də işlərimiz davam edəcək”.

   Mədəniyyətin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən nazir vurğuladı ki, ölkə başçısı bu sahənin inkişafını daim nəzarətdə saxlayır və xüsusi istedadı olan insanları fəxri adlar, ordenmedallarla təltif edir:Bu il ikinci dəfədir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri təltif edilir. Növbəti yarımillikdə Azərbaycanda keçiriləcək böyük beynəlxalq festivalların icrası ilə bağlı yeni adlar, mükafatlar, ordenmedallar öz sahiblərini tapacaq. Və bizöz növbəmizdə Azərbaycan mədəniyyətinin inkişafına çalışacağıq”.

   Daha sonra Əbülfəs Qarayev fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimlərinə orden və medallarını təqdim etdi. Prezidentin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuş görkəmli bəstəkar, Xalq artisti Aqşin Əlizadə səhhəti ilə əlaqədar mərasimə gələ bilmədiyindən mükafat qardaşına təqdim edildi.

   Zakir Məmmədov, Əvəz Abdullayev, Yeganə Axundova, Samir Cəfərov, Əli Əsgərov, Kamilla Hüseynova və Səidə QuliyevayaXalq artisti” fəxri adı təqdim olundu.

   İsrafil İsrafilov, Emin Məmmədov, Nazim Mirişli, Sara Nəzirova, Mirbala Səlimli və Cahangir Zülfüqarov “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olundular.

   Faiq Əlibalayev, Almaz Quliyev, Çingiz Əhmədov, Çinarə Əlizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Nərgiz Kərimova, Şəlalə Quliyeva, Mansur Mansurov, Aleksey Militix, Elman Rəfiyev, Əsgər Rəhimov, Elşən Rüstəmov, İqrar Salamov, Atabala Səfərov, Səbinə Vahabzadə və Adil Zeynalova “Əməkdar artist”, Aleksandr Quliyev, Fikrət Nuriyev, Sabirhimov, Azər HüseynovElçin Orucova «Əməkdar mədəniyyət işçisi» fəxri adları, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanova «Tərəqqi» medalı təqdim edildi.

   Təltif olunanlar yaradıcılıqlarına, əmək fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 3.