Azərbaycanla Bolqarıstan arasında mədəniyyət-turizm əlaqələri müzakirə olunub

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 5-6-da Bolqarıstanda rəsmi səfərdə olub. Səfərin birinci günü nazir Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva ilə görüşüb.

  

   Görüşdən sonra Ə.Qarayev Xalq Məclisində Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş bədii sərginin açılışında iştirak edib. Tədbirdə tanınmış Bolqarıstan bəstəkarı M.Lambovun rəhbərliyi ilə məşhur “Sofiyakvartetinin ifasında Azərbaycanın xalq mahnıları səsləndirilib. Ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı ilə bağlı materiallar nümayiş etdirilib.

   Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat, energetikaturizm naziri Delyan Dobrev və Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidovla görüşlər keçirib. Görüşlərdə turizm sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub. Əbülfəs Qarayev bolqar həmkarlarını bu ilin dekabrında Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasiminə və 2013-cü ilin 28 may - 1 iyun tarixlərində paytaxtımızda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.

   Səfər müddətində nazir Bolqarıstanın Milli Tarix Muzeyində olub, Plovdiv şəhərinə səfər edib və həmin şəhərin Brestovitsa kəndində fəaliyyət göstərən “Şərab evi” ilə tanış olub.

 

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 2.