Üzeyir tərənnümçüsü
Azərbaycan
rəssamlar ordusu sıralarında belə bir ad var: Hüseyn
Hacıyev. O, 1947-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlib. Hüseyn hələ kiçik
yaşlarından rəssamlığa
həvəs göstərirdi.
Gah evdə ailə
üzvlərinin, gah da həyətdəki yaşıdlarının rəsmlərini
çəkirdi. Bu rəsmlər əldən-ələ
gəzir, qohumların,
qonşuların böyük
marağına, təəccübünə
səbəb olurdu.
İllər keçdikdən sonra gənc Hüseyn rəssam olmaq arzusu ilə
sənədlərini Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rəssamlıq
fakültəsinə təqdim
edir. Burada təhsil alarkən
o, müəllimlərindən rəssamlıq sənətinin
incəliklərini öyrənir
və bu sənətə olan həvəsi daha da artır. Hələ tələbə ikən onun çəkdiyi rəsmlər Bakının
sərgi salonlarında
nümayiş etdirilir.
1975-ci ildə İnstitutu fərqlənmə
diplomu ilə bitirən Hüseyn Hacıyev respublikanın müxtəlif təşkilatlarında
tərtibatçı rəssam
işləyir.
Xidməti işlərini görməklə
yanaşı, rəssam
həm də fərdi yaradıcılıqla
məşğul olmuşdur.
1983-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü
olan Hüseyn Hacıyev dəfələrlə
müsabiqələr laureatı
olmuş, fəxri fərmanlarla təltif edilmişdir. Fırçasını rəssamlığın, demək
olar ki, bütün janrlarında sınamışdır. Özünün dediyinə görə isə plakat portretlər mövzusu onun ən çox
sevdiyi sahədir.
Bu qəbildən olan Dədə Qorqudun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun,
Q.Qarayevin portretləri
hazırda respublikamızın
rəsm qalereyalarını,
sərgi salonlarını
bəzəməkdədir. “Qovun və nar”,
“Balıq və soğan”, “Ananas” və s. kimi natürmortlarına baxdıqca
tamaşaçı onun,
eyni zamanda natürmort ustası olmasını da təsdiqləyir.
Rəssam 200-dən artıq kitaba bədii tərtibat vermişdir.
1984-cü ildə müqəddəs “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməsi
Hüseyn Hacıyev və Xalq rəssamı
Oqtay Sadıqzadənin
birgə bədii tərtibatında işıq
üzü görüb.
Əli Vəliyevin “Qaşsız üzük”
(1976), Mirzə Ələkbər
Sabirin fars dilində nəşr edilmiş “Hophopnamə”si
(1977), Molla Vəli Vidadinin əsərləri
(1977), Əhməd Bakıxanov
haqqında “Onun sarı simi” adlı xatirələr kitabı (1985), Qumral Sadıqzadənin “Mənim
nakam qardaşım”
(2002), Fazil Rəhmanzadənin
“Lütfiyar İmanov”
(2008) və s. kitabların
tərtibatçı rəssamı
Hüseyn Hacıyevdir.
Rəssamın gözəl musiqi
duyumu da var. Royalda ifa edir,
bəzi musiqi pyeslərinin, etüdlərin,
sonatinaların, miniatürlərin
müəllifidir. Təsadüfi deyil ki, onun
tərtibat verdiyi kitabların əksəriyyəti
klavir və partituralardan ibarətdir.
Bunlara nümunə olaraq biz, İ.S.Baxın “İki və üçsəsli invensiyalar”
(1979), Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasının
klaviri (bəstəkar
Sərdar Fərəcovun
redaktəsi ilə,
2008), Hacı Xanməmmədovun
“Sənin gözlərin”
(1983), Elza İbrahimovanın
“Mahnılar” (1980), Tofiq
Bakıxanovun “Tar ilə
simli kvartet üçün iki nömrəli konsert”
(1988), Bülbülün “Azərbaycan
xalq mahnıları”
(1981), Səid Rüstəmovun
“Azərbaycan xalq rəngləri” (1980), Asəf
Zeynallının “Uşaq
süitası” (1981), Azər
Rzayevin “Mahnılar”
(1980), Telman Hacıyevin
“Mahnılar” (1980), Qara
Qarayevin “Yeddi gözəl” (1988), Arif Məlikovun “Məhəbbət
əfsanəsi” baletinin
(1982) klavirini göstərə
bilərik.
Bu yazıya
“Üzeyir tərənnümçüsü”
adı verməyimiz heç də təsadüfi deyil. Belə ki, Hüseyn Hacıyev dahi Üzeyir bəy irsinin vurğunudur.
O, dəfələrlə bəstəkarın
əsərlərinin nəşrlərinə
tərtibat vermiş, illüstrasiyalar çəkmiş,
bəstəkarın obrazlarını
yaratmış və onun əsərlərinin personajlarının surətlərini
işləmişdir. Məsələn,
1984-85-ci illərdə Üzeyir
Hacıbəylinin 100 illik
yubileyi ilə əlaqədar olaraq
UNESCO-nun sifarişi ilə
akademik nəşrə
hazırlanan “Leyli və Məcnun”, “Koroğlu” operalarının
partitura və klavirlərinin, “Sənsiz”
və “Sevgili canan” romanslarının klavirlərinin baş rəssamı olmuş, dəfələrlə onun
əlyazmalarını bərpa
etmişdir. Rəssam həmçinin dahi
bəstəkarın qardaşları
Zülfüqar və Ceyhun Hacıbəylilərin
orijinal portretlərini
yaratmışdır. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin
rəsm qalereyasının
divarlarını rəssam
Hüseyn Hacıyevin
“Arşın mal alan”, “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Koroğlu” əsərlərinə çəkdiyi
gözəl rəsmlər
bəzəyir. Son zamanlarda isə rəssam “Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadə”
adlı yeni bir rəsm işləyərək
muzeyə təqdim etmişdir. Çox maraqlıdır ki,
sənətkar bu rəsmlərin əksəriyyətini
təbii boyalarla işləyir. Özünün dediyinə görə, bu təbii boyaları
o, müxtəlif bitkilərin
şirəsindən hazırlayır.
Hüseyn Hacıyevin əsərləri
ilə təkcə Azərbaycan tamaşaçıları
deyil, dünyanın bəzi ölkələrinin
sənətsevərləri də tanışdırlar.
Buna misal olaraq
biz rəssamın “Şah
İsmayıl Xətainin
musiqi və şeir məclisi” adlı miniatür əsərini göstərə
bilərik. Bu əsər Fransada da böyük marağa səbəb olmuşdur.
Rəssam həm də
gözəl dekorçudur
desək, yanılmarıq.
O, Bakı Metropoliteninin
“Neftçilər” stansiyasındakı
mozaik görüntülərin
müəlliflərindən biridir. Rəssam şəhid döyüşçülərin
barelyeflərini, qorelyeflərini
yaratmışdır. Yasamal rayonunda 60 saylı məktəbin divarındakı
şəhid Paşa Nəzərovun mərmərdən
düzəldilmiş barelyefinin
müəllifi Hüseyn
Hacıyevdir. Onun çəkdiyi
rəsmlər Milli Azərbaycan Tarixi və Musiqi Mədəniyyəti muzeylərində,
həmçinin başqa
ev-muzeylərində özünəməxsus
yer almışdır.
Hüseyn Hacıyev dəfələrlə respublikamızda və xaricdə keçirilən müsabiqələrin diplomlarına layiq görülmüşdür. O, hazırda Bakı Musiqi Akademiyasında tərtibatçı rəssam vəzifəsində çalışır. Fərdi yaradıcılığını da durmadan davam etdirən sənətkara möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Gülnarə Ələsgərova,
Üzeyir
Hacıbəylinin ev-muzeyinin
ekspozisiya şöbəsinin müdiri
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 10.