Astanada türk musiqisi bayramı

 

   İyulun 5-7-də Qazaxıstanın paytaxtındakı Sülh və Həmrəylik Sarayında V “Astana-Arkautürk musiqisi festivalı keçirilib. “Paytaxt günü” tədbirləri çərçivəsində gerçəkləşən festivalın təntənəli açılış mərasimində 20-dən artıq türk xalqının nümayəndələri iştirak edib.

  

   Bozqurdun 10 oğlutarixi-dini kompozisiya ilə açılan tədbir ilk dəfə olaraq qazaxtürk dillərində aparılıb. Türk dilində aparıcılığı türk musiqisinin məşhur araşdırıcısı İrfan Gürdal (Türkiyə) edib. Festivalın fəxri qonaqları isə Qazaxıstanın mədəniyyət naziri Darxan Mınbay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dövlətləri Başçıları Şurasının baş katibinin müavini Darxan Kıdırali, “Nur OtanMilli Demokrat Partiyasının katibi Erlan Karin olub.

   Tədbirdə bir çox türk xalqlarının, o cümlədən mədəni irsinin itmək təhlükəsi olan azsaylı xalqların musiqisi də təqdim olunub. Bundan başqa, musiqiçilər “Koroğluümumtürk dastanından bir parçanı birlikdə ifa ediblər. Festival Bilgə Kağanın vəsiyyətnaməsinin qədim türk dilində xorla oxunması ilə başa çatıb.

 

 

   Mədəniyyət.- 2012.- 13 iyul.- S. 5.