IV Qəbələ Beynəlxalq
Musiqi Festivalı
Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi
ilə gerçəkləşən
festival iyulun 24-dən avqustun
5-dək davam edəcək
Son illər Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
həyata keçirilən
çoxsaylı mədəniyyət
layihələri mədəni
irsimizin, milli incəsənətimizin inkişafına
böyük töhfələr
verməkdədir.
Bu layihələr
milli mədəniyyətimizin,
o cümlədən musiqi
sənətimizin dünyada
təbliğində müstəsna
rol oynayır, mədəniyyətlərin qarşılıqlı
təmasına, Şərqlə
Qərbin qovşağında
yerləşən Azərbaycanın
mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına mühüm zəmin yaradır.
UNESCO tərəfindən
bəşər mədəniyyətinin
incisi elan edilmiş Azərbaycan muğamına həsr olunan "Muğam aləmi" beynəlxalq festivalları böyük
maraqla qarşılanaraq,
sənət aləmində
geniş əks-səda
doğurmuşdur. Bu ilin mayında Bakıda gerçəkləşən
"Eurovision-2012" mahnı müsabiqəsi beynəlxalq
miqyasda ilin ən möhtəşəm
mədəniyyət hadisələrindən
biri kimi qiymətləndirilərək, ölkəmizin
dünyanın mədəniyyət
mərkəzlərindən birinə çevrildiyini növbəti dəfə təsdiqlədi.
Heydər Əliyev Fondunun
musiqi sənəti sahəsində daha bir möhtəşəm beynəlxalq layihəsi
2009-cu ildən ənənəvi
olaraq təşkil edilən Qəbələ
Beynəlxalq Musiqi Festivalıdır. Dünyanın bir çox nüfuzlu sənətkarlarının,
tanınmış musiqi
kollektivlərinin iştirak
etdiyi festival Azərbaycan
və dünya musiqisi incilərinin səsləndiyi, musiqi görüşlərinin, müxtəlif
tədbirlərin keçirildiyi
əsl sənət bayramıdır.
İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və
rəhbərliyi ilə
IV Qəbələ Beynəlxalq
Musiqi Festivalı başlanacaq. Qəbələ
şəhərində 24 iyul
- 5 avqust tarixlərində
keçiriləcək musiqi
bayramında Azərbaycandan
və xarici ölkələrdən görkəmli
musiqiçilər, bədii
kollektivlər, solistlər,
dirijorlar iştirak edəcəklər. Festivala
Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə,
Fransa və Polşadan dünya şöhrətli dirijorlar,
musiqiçilər və
kollektivlər - Böyük
Britaniyanın Kral Filarmonik Orkestri (Royal
Philharmonic Orchestra), Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski,
Sergey Krılov, Dmitri Yablonski,
Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç,
Lisa de la Salle, Moyka Zlobko
və başqalarının
iştirakı gözlənilir.
Festivalda ölkəmizdən Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad
Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür
Səmədov, əməkdar
incəsənət xadimləri
Fəxrəddin Kərimov,
Azad Əliyev, Yalçın
Adıgözəlov, əməkdar
müəllim Tofiq Aslanov, əməkdar artistlər Gülnaz İsmayılova, Elçin
Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə,
Gülşən Ənnağıyeva,
beynəlxalq müsabiqə
laureatları Əyyub
Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov,
Azər Rzazadə, Fəridə Məmmədova,
Səbinə Əsədova,
istedadlı gənc solistlər muğam ifaçıları və
başqaları çıxış
edəcəklər.
Festival Mədəniyyət və
Turizm Nazirliyinin təşkilati dəstəyi
ilə keçirilir.
Qəbələ
musiqi bayramına hazırdır
Qəbələ şəhəri Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi
ilə keçiriləcək
beynəlxalq musiqi festivalını tam hazırlıqla
qarşılayacaq. Rayon mədəniyyət və
turizm şöbəsindən
bildiriblər ki,
festival günlərində Qəbələyə çoxsaylı
yerli və xarici qonaqların gələcəyi nəzərə
alınaraq geniş hazırlıq işləri
görülür, küçələrdə,
park və bağlarda abadlıq işləri həyata keçirilir. Şəhərin küçələrində, İsmayıllı-Qəbələ-Şəki
avtomobil yolunun kənarında, müxtəlif
hotel və istirahət
mərkəzlərində tədbirlə
bağlı plakatlar diqqəti cəlb edir. Festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resort” və “Qafqaz Riverside” hotellərində də hazırlıq işləri
davam etdirilir.
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 3.