Sərkərdə-şair

 

   Kitabxanada Şah İsmayıl Xətainin yubileyi münasibətilə tədbir

  

   Bakı şəhəri Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətainin (1487-1524) 525 illik yubileyi münasibətilə tədbir keçirilib.

   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəni-kütləvi işlər, kitabxanalar, mədəniyyət evi və muzey işi sektorunun məsləhətçisi Səbinə Məmmədova, Yazıçılar Birliyinin təmsilçiləri, Prezident təqaüdçüləri Dayandur Sevgin, şairə Narıngül, Balayar Sadiq, “Qızıl qələm” mükafatı laureatları, şairlər Əbülfəz Ülvi, Şəfiqə Ataxanqızı və başqaları iştirak ediblər.

   Tədbiri MKS-nin direktoru Oruc Quliyev açaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən əlamətdar günlər, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı müntəzəm tədbirlərin keçirildiyini nəzərə çatdırıb. MKS-nin 1 saylı filialının müdiri Ş.Orucov Şah İsmayıl Xətainin dövlət xadimi və şair kimi həyat və fəaliyyəti haqqında məlumat verib. Şairlər D.Sevgin, Ə.Ülvi Xətainin yaradıcılığından söz açıb, şeirlərini söyləyiblər. Tədbirdə Xətainin şeir və qəzəllərindən nümunələr səslənib.

 

 

   Mədəniyyət.- 2012.- 25 iyul.- S. 15.