Əfsanəvi “Qaya

 

   Vokal kvartetin 50 illiyi Moskvada qeyd edilib

  

   Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda Azərbaycanın əfsanəviQayavokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş möhtəşəm konsert olub.

  

   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxış edərəkQayaqrupunun təkcə Azərbaycanın deyil, keçmiş Sovet İttifaqının mədəniyyət tarixində dərin izlər qoymuş musiqi kollektivi olduğunu vurğulayıb. Səfir əfsanəvidördlüyünkonsertdə iştirak edən üzvlərindən birini - Rauf Babayevi səmimi salamlayaraq deyib: “Biz hamımızQaya”nı sevmişik sevirik”. Səfir vurğulayıb ki, Rauf Babayevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri misilsizdir. O, illər sonra istedadlı uşaqlardan qrup təşkil edərək, “Qaya” yenidən yaradıb. Yeni qrup əfsanəvi kvartetin ənənələrini davam etdirir: “Nəsillərin əvəzlənməsi, toplanmış təcrübənin istedadlı gənclərə ötürülməsi düzgün addımdır”.

   Səfir onu da əlavə edib ki, bu gün Azərbaycan, onun paytaxtı Bakı dinamik inkişaf dövrünü yaşayır, ölkəmiz böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Azərbaycan paytaxtında “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi günlərdə bütün Avropa bunun şahidi olub: “Vətənin hüdudlarından kənarda yaşayan bizlər öz ölkəmizlə qürur duyuruq”.

   TədbirdəYaddaşstudiyasının direktoru, rejissor Cavid İmamverdiyevin əfsanəviQayakvarteti haqqında çəkdiyi sənədli film nümayiş etdirilib. Filmdə məşhur musiqi kollektivindən həm onun üzvləri, həm onlarla dostluq əməkdaşlıq edənlər - Larisa Dolina, Nani Breqvadze, Mark Rozovski, Vyazçeslav Zaytsev, Yuri Entin, Gennadi Xazanov, Polad Bülbüloğlu, Yuli Qusman, Arkadi Arkanov, Vaxtanq Kikabidze, Leon İzmaylov başqaları söhbət açırlar.

   Sonra tamaşaçılar keçmişBəri baxqrupunun bazasında yaradılmışQayaqrupunun gənclərdən ibarət tərkibinin parlaq çıxışından zövq alıblar. Gənclərin əfsanəviQayaqrupunun sevilən mahnılarını, eləcə məşhur caz kompozisiyalarını məharətlə ifa etmələri Moskva tamaşaçıları tərəfindən böyük heyranlıqla qarşılanıb.

   SondaQayaqrupunun bədii rəhbəri Rauf Babayev bu möhtəşəm bayramın təşkilatçılarına minnətdarlığını bildirib. O, Azərbaycanın milli sərvəti olanQayakvartetinin davamçılarının çıxışlarını tamaşaçıların yüksək qiymətləndirməsindən razı qaldığını ifadə edib.

 

 

   Mədəniyyət.- 2012.-8 iyun.- S. 8.