Böyük mütəfəkkirə həsr olunmuş tədbir

 

   İyunun 20-də Sabunçu Rayon Mərkəzi Kitabxanasında “Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə - 200” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Sabunçu rayon MKS-nin direktoru N.Hüseynova açaraq ölkə başçısının sərəncamı ilə görkəmli ədibin yubileyinin ölkəmizin hər yerində geniş şəkildə qeyd olunduğunu bildirib.

  

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Şükürov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müəllimi Ələmdar Cabbarlı, bu təhsil ocağının kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Elçin Əhmədov, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri Direktorlar Şurasının sədri Nüşabə Ələkbərova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı, BDU-nun magistrantı Günay Məmmədova çıxış ediblər.

   Q.Abbasov adına mədəniyyət sarayının bədii rəhbəri Bəhiyyə Nağıyevanın təşkilatçılığı ilə “Xəzər” bədii qiraət kollektivinin təqdim etdiyi “Azərbaycan” kompozisiyası, A.İsgəndərov adına mədəniyyət sarayının “Şənlik” uşaq teatrının üzvlərinin ifasında M.F.Axundzadənin “Hacı Qara” əsərindən parça, bədii qiraət dərnəyinin rəhbəri Şəlalə Qəmbərovanın oxuduğu “Zəmanədən şikayət” şeiri maraqla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2012.- 22 iyun.- S. 11.