Buta filmi beynəlxalq festivalda baş mükafata layiq görülüb

 

Azərbaycanlı rejissor İlqar Nəcəfin çəkdiyi Buta filmi martın 14-dən 24-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş Cape Winelands film festivalında uğurla iştirak edib.

Azərbaycanfilm kinostudiyasının Butafilm kino şirkətinin birgə istehsalı olan ekran əsəri festivalın əsas mükafatı olan Qran-priyə layiq görülüb. Butafilm kino şirkətindən bildiriblər ki, Azərbaycan filmi 48 ölkənin qatıldığı festivalın Əsas müsabiqə bölümündə nümayiş olunub.

2011-ci ildə çəkilmiş filmin ssenari müəllifi quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri Xamis Muradov İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir Quliyevdir. Filmdə baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva başqaları ifa ediblər.

Xatırladaq ki, Buta filmi 2011-ci ilin sonunda Avstraliyada keçirilən V Asiya-Sakit Okean Kino Akademiyasının illik toplantısında Ən yaxşı uşaq filmi nominasiyasında qalib olub. Son bir neçə ayda Buta filmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarında iştirak edib. Hazırda ekran əsəri Misirin paytaxtı Qahirədə keçirilən uşaq filmləri üzrə beynəlxalq festivalda ölkəmizi təmsil edir.

Film daha bir neçə festivala dəvət alıb. Ekran əsəri aprelin 18-dən 21-dək İtaliyanın Treviso şəhərində Beynəlxalq Vittorio Venetto film festivalında, aprelin 19-dən 29-dək Avstraliyada Gold Coast festivalında iştirak edəcək.

Aprelin 13-dən 22-dək ABŞ-ın Hyuston şəhərində keçiriləcək World Fest - Houston İnternational film festivalında da Azərbaycanı Buta təmsil edəcək.

Film festivalın Əsas müsabiqə bölümündə yarışacaq.

 

 

Mədəniyyət.- 2012.- 28 mart.- S. 2.