Gənc
rəssam Pərvin Həsənovanın fərdi sərgisinin
açılışı oldu
Aprelin 30-da “Qalereya 1969” salonunda gənc rəssam Pərvin
Həsənovanın fərdi sərgisinin
açılışı keçirildi. Mərasimdə
çıxış edən Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli İbrahimov sənətə
yeni gələn gənclərin potensialını realizə
etmək üçün şəraitin
yaradılmasının vacibliyindən danışdı.
Pərvinin əl işlərini
hisslərlə yaradılan, ürəkdən gələn rəsmlər
adlandırdı. Qeyd olundu ki, müəllifin müxtəlif
mövzu və formalara müraciət etməsi gələcəkdə
onun professional rəssam kimi formalaşmasına kömək edəcək.
Xalq rəssamı Arif Hüseynov rəssamın
işlərinə baxdıqda onun axtarışda olduğunun
hiss edildiyini bildirdi. Rəsmlərin hər birində insan qəlbi,
ruhu var. Rəssam gənc olmasına baxmayaraq, uğurlu işlər
yaradan Pərvin Həsənovaya gələcəkdə
böyük sərgi salonlarında yer almağı
arzuladı.
Daha sonra sərgiyə baxış
keçirildi.
Pərvin Həsənova 1989-cu ildə
Bakıda anadan olub. 10 yaşından rəssamlıqla məşğul
olur. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının məzunudur.
Respublika
və müxtəlif beynəlxalq sərgilərdə
iştirak edir. 2011-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının
Gənc Rəssamlar Birliyinin üzvüdür.
İlk dəfə fərdi sərgisi ilə sənətsevərlər qarşısına
çıxıb.
Sərgiyə təqdim edilən
143 rəsmin əksəriyyətini
son bir ildə çəkib. Müxtəlif mövzulara müraciət
edən Pərvin üçün dekorativ qrafika janrı daha yaxındır. Köhnə Bakını,
yapon mədəniyyətini
özündə əks
etdirən rəsmlər,
həmçinin müxtəlif
peyzajlar diqqət çəkir.
Reyhan
Mədəniyyət.-
2012.- 2 may.- S. 8.