Lənkəranda dekorativ-tətbiqi sənət sərgisi

 

   Xəbər verildiyi kimi, mayın 1-də Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalının növbəti regional sərgisi açılıb. Lənkəran Dövlət Dram Teatrının foyesində təşkil olunan sərgidə Lənkəran, Astara, Masallı, Biləsuvar, Cəlilabad, Saatlı, Yardımlı, Lerik, Sabirabad, Neftçala, Şirvanİmişli rayonlarının tətbiqi sənət ustalarının əsərləri nümayiş olunur. Sərgidə iştirak edən sənətkarlara Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub. Mükafatlandırılanlar arasında Lənkəran rayonunu təmsil edən beş sənət ustası var. Sərgidə seçilmiş sənət nümunələri Respublika dekorativ-tətbiqi sənət festivalının dekabr ayında Bakıda keçiriləcək yekun sərgisində iştirak etmək hüququnu qazanıb.

 

 

   İlqar Əzimov,

   Lənkəran Şəhər Mədəniyyət

   Turizm Şöbəsinin məsləhətçisi

 

   Mədəniyyət.- 2012.- 4 may.- S. 8.