“Hey­dər Əli­yev ide­ya­la­rı­nı qo­ru­yaq və ya­şa­daq!”

 

   Ma­yın 10-da Ya­sa­mal ra­yon MKS-də ümum­mil­li li­de­rin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü ilə əla­qə­dar “Heydər Əli­yev ide­ya­la­rı­nı qo­ru­yaq və ya­şa­daq!” baş­lı­ğı al­tın­da təd­bir ke­çi­ril­di.

  

   Təd­bir­də Ya­sa­mal ra­yon MKS-in di­rek­to­ru Na­mi­nə Ömə­ro­va, MKS-in di­rek­tor müa­vi­ni İra­də Qa­sı­mo­va, fi­lial mü­dir­lə­ri, şö­bə mü­dir­lə­ri və MKS-in di­gər əmək­daş­la­rı, 20, 225, 158, 167 say­lı or­ta mək­təb­lə­rin şa­gird­lə­ri və va­li­deyn­lər iş­ti­rak edir­di­lər.

   Şö­bə mü­di­ri Tə­ra­nə Cə­fə­ro­va və proq­ram­çı Ay­sel İs­ma­yı­lo­va Hey­dər Əli­ye­vin hə­ya­tı və si­ya­si fəa­liy­yə­ti haq­qın­da mə­ru­zə ilə çı­xış et­di­lər.

   Çı­xış­lar­dan son­ra mək­təb şa­gird­lə­ri­nin ulu ön­dər haq­qın­da söy­lə­dik­lə­ri şeir­lər ma­raq­la qar­şı­lan­dı. Təd­bi­rin so­nun­da MKS-in di­rek­to­ru Na­mi­nə Ömə­ro­va gə­lən qo­naq­la­ra və iş­ti­rak­çı­la­ra tə­şək­kür et­di.

  

   * * *

 

   Sə­bail Ra­yon Mər­kəz­ləş­di­ril­miş Ki­tab­xa­na Sis­te­min­də də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü mü­na­si­bə­ti­lə sil­si­lə təd­bir­lər ke­çi­ri­lib.

   MKS-in mər­kə­zi ki­tab­xa­na­sın­da oxu­cu­lar­la “Bö­yük şəx­siy­yət, güc­lü li­der”, 1 və 2 nöm­rə­li fi­lial­la­rın­da isə “Öm­rü­nü xal­qı­na həsr edən da­hi in­san” və “Xal­qın par­laq gü­nə­şi” möv­zu­la­rın­da söh­bət­lər apa­rı­lıb və mü­va­fiq ki­tab sər­gi­lə­ri nü­ma­yiş olu­nub.

 

 

   Mədəniyyət.- 2012.- 11 may.- S. 5.