Folklor paytaxtı”nda turizm sərgisi

 

   2012-ci ildə AzərbaycanınFolklor paytaxtıelan olunan Masallı respublikamızın ən səfalı füsunkar guşələrindən biridir.

  

   Bir tərəfi Talış dağları meşələri, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunan bölgədə turizmin inkişafı üçün gözəl imkanlar var. Yüz illər bundan əvvəl ətraf uzaq yerlərdən gələn insanlar Masallının yerin altından çıxan qaynar suyundan müalicə məqsədilə istifadə ediblər.

   Rayonda 28 turizm obyekti fəaliyyət göstərir. Onlardan 26 obyektin lisenziyası var. Bu obyektlər eyni zamanda 1100-ə yaxın turisti qəbul etmək imkanına malikdir. İstirahət mərkəzlərində mövcud 1040 nömrədən 70 nömrə lüks, 660 nömrə birinci, 310 nömrə isə turist dərəcəli nömrələrdir. İstirahətə gəlmiş turistlərə 3 marşrut üzrə turlar təklif olunur. Turistlər üçün rayonun görməli yerlərinə, tarixi abidələrinə, ziyarətgahlara, muzeylərə səyahətlər təşkil olunur. 2011-ci ildə rayona 16 min 642 nəfər turist gəlib ki, onlardan 500 nəfəri əcnəbi olub.

   Mayın 23-də rayondakıCənnət bağıistirahət mərkəzində təşkil edilmiş turizm sərgisində bölgənin bu sahədə geniş imkanlarından söhbət açılıb.

   Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə, o cümlədən Masallı rayonunda turizmin inkişafı bu sahədə çalışan sahibkarlara göstərilən dövlət qayğısından danışıb. Yerli sahibkarlardan İldırım Allahyarov, Hakimə Əzimova sərginin təşkilini yüksək qiymətləndirib, fəaliyyətləri üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

   Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov tədbirdə çıxış edib.

   Sərgidə rayonun turizm obyektləri xidmətlərini bölgə mətbəxinin ən ləziz təamlarını, el sənətkarları əl işlərini, müxtəlif eksponatları nümayiş etdiriblər.

   Tədbirdə rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri, “Halayfolklor ansamblı rəngarəng mahnı rəqs nömrələri ilə çıxış ediblər.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 25 may.- S. 9.