TÜRKSOY-un baş katibinə “Dostluqordeni təqdim edildi

 

   Türkdilli ölkələrin mədəniyyətinin təbliğində, dünyaya təqdimatında TÜRKSOY-un fəaliyyəti əvəzsizdir. Qurumun son illər Azərbaycanla birgə həyata keçirdiyi mədəniyyət layihələri xüsusilə təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə TÜRKSOY-un baş katibi Düsen KaseinovunDostluqordeni ilə təltif edilməsi də təşkilatın Azərbaycanla türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində oynadığı rola verilən yüksək qiymətdir.

  

   Mayın 26-da Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə “Dostluqordeni dövlətimizin başçısı adından Düsen Kaseinova təqdim olundu.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibini Azərbaycanın yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik etdiqurumun son illər reallaşdırdığı layihələrdən danışdı: “TÜRKSOY dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasını bütün türk dünyasına təqdim edib, “Leyli və Məcnun” operasının 100 illik yubileyi ilə bağlı geniş tədbirlər keçirib. Bundan əlavə, TÜRKSOY-un xətti ilə Novruz bayramı geniş şəkildə Parisdə və Nyu-Yorkda qeyd olunub. Qurumun dəstəyi ilə türk dünyasının görkəmli şairləri Bəxtiyar Vahabzadə və Rəsul Rzanın əsərləri nəşr edilib. Təşkilat 2012-ci ili “Mirzə Fətəli Axundzadə ilielan edib”.

   “Eurovision-2012” mahnı müsabiqəsinin final şousunu izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycanı sevən, ölkəmizin uğurları ilə öyünən insanların Bakıya gəldiyini deyən nazir onların sırasında Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfələr verən Düsen Kaseinovun da olduğunu bildirdi: “Bizbu fürsətdən istifadə edərək ona Azərbaycan Prezidentinin sərəncamı ilə təltif olunduğu ordeni təqdim etmək qərarına gəldik”.

   Tədbirdə çıxış edən ölkəmizin Rusiyadakı səfiri, uzun müddət TÜRKSOY-a rəhbərlik etmiş Polad Bülbüloğlu Azərbaycan Prezidentinin ölkəmizin mədəni həyatına töhfələr verən, onu təbliğ edən insanlara hər zaman böyük diqqətlə yanaşdığını, onları mükafatlandırdığını dedi. TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən səfir, bu qurumun sayəsində türkdilli xalqların ortaq mədəni dəyərlərinin bütün dünyada geniş şəkildə təbliğ olunduğunu diqqətə çatdırdı: «Sözsüz ki, bu işdə təşkilatın baş katibi Düsen Kaseinovun xüsusi əməyi var”.

   Mərasimdə çıxış edən Düsen Kaseinov əməyini yüksək qiymətləndirdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirdi: «Millətlər və dövlətlər arasındakı geniş əlaqələrin təzahürü olan bu mükafatı qiymətli xəzinə kimi ömrüm boyu qoruyacağam. Bu orden eyni zamanda türk xalqları arasında əməkdaşlığı daha da möhkəmləndirmək sahəsində üzərimizə böyük məsuliyyət qoyub. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün bütün gücümlə fəaliyyətimi davam etdirəcəyəm».

   Baş katib Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə hər zaman diqqətlə yanaşdığını vurğuladı: “Bütün bunlar bizi daha da ruhlandırır və yeni layihələri reallaşdırmağımıza təkan verir”.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 30 may.- S. 3.