Sənətçilərimiz beynəlxalq festivaldan qayıdıblar

 

   Oktyabr ayında TacikistandaFalakbeynəlxalq festival-simpoziumu keçirilib.

  

   Tədbirdə Azərbaycanı təmsil edən Valid Abdullayev (xanəndə), Adil Əliyev (tar) Elvin Novruzovun (kamança) ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq tədbirdə uğurla çıxış etmiş gənclərdən ikisi redaksiyamızın qonağı oldular, onların səfər təəssüratlarını öyrəndik.

  

   Valid Abdullayev: Festival Tacikistanda ənənəvi olaraq keçirilir. Builki tədbir çox möhtəşəm təşkil olunmuşdu. Azərbaycanla yanaşı, ABŞ, Hindistan, Rusiya, Pakistan, Əfqanıstan İrandan gəlmiş musiqiçilər, sənətşünaslar, kulturoloqlar iştirak edirdilər. “FalakTacikistanda xalq mahnısı janrıdır festivalda da bu üslubda olan musiqi nömrələrinə üstünlük verilir. Biz bu janra uyğun olan muğam xalq mahnılarımızı ifa etdik.

   Adil Əliyev: Oktyabrın 8-də paytaxt Düşənbədə keçirilən açılış mərasimində ölkəmizdən musiqiçilərlə yanaşı, Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun aparıcı məsləhətçisi Rəşad Əliyev, musiqişünas Lalə Hüseynova iştirak edirdilər. Açılış mərasimində AzərbaycanınSarı gəlinxalq mahnısı ilə çıxış etdik. Ertəsi gün isə bizi dövlət televiziyasında çıxış etmək üçün dəvət etdilər. Oradan da xoş təəssüratlarla ayrıldıq. Festival çərçivəsində T.Sattorov adına Tacikistan Milli Konservatoriyasında, M.Tursunzadə adına Tacikistan Dövlət İncəsənət Universitetində, Fayzabad, Tursunzadə Vaxdat şəhərlərində konsertlər keçirildi.

   - Təqdim etdiyiniz musiqi nömrələri necə qarşılandı?

   Valid Abdullayev: Bütün konsertlərdə çalışırdıq ki, qüsursuz ifamızla tamaşaçılarda Azərbaycan musiqisi, mədəniyyəti haqqında müsbət fikirlər yaradaq. “Çahargah”, “Segah”, “Rast”, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, “İrəvanda xal qalmadı s. musiqi nömrələri böyük maraqla qarşılandı. “Sarı gəlinisə tamaşaçılara tamamilə fərqli təsir bağışlamışdı. Konsertdən sonra bizə yaxınlaşıb bu mahnı haqqında fikirlərini deyir, sözlərin mənasını soruşurdular.

   Adil Əliyev: Festival çərçivəsində Tacikistan Milli Konservatoriyasında tələbələr qarşısında bir saatlıq konsert proqramı ilə çıxış etdik. Onlara bizim musiqi alətlərimiz, muğamlarımız çox maraqlı görünürdü. Tacikistanda Azərbaycanın görkəmli musiqiçilərini - Rəşid Behbudovu, Zeynəb Xanlarovanı, Mənsum İbrahimovu yaxşı tanıyır sevirlər. Əlbəttə ki, bütün bunları eşitmək bizim üçün fəxr idi. Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk ki, biz gənclərə bu cür etimad göstəriblər. Biz sevinirik ki, musiqimizin təbliği işinə az da olsa, töhfəmizi verə bilirik.

   - Sənətdə müəllimləriniz kimdir?

   Valid Abdullayev: Mən Milli Konservatoriyada Xalq artisti, professor Mənsum İbrahimovun sinfində təhsil alıram. Adil Əliyev isə Əməkdar artist Elçin Həşimovun tələbəsidir. Elə bu festivala getməmişdən əvvəl onların dəyərli məsləhətlərini almışıq.

   Adil Əliyev: Bu festivalda iştirak etmək Azərbaycanı təbliğ etmək imkanını yaradan insanlara minnətdarlığımızı bildiririk. Bu, bizə sənət həyatımızda stimul verdi. Çünki musiqi ilə, incəsənətlə məşğul olan hər bir gənc Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etmək üçün daim öz üzərində çalışmalıdır.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 2 noyabr.- S. 5.