Berlində Mirzə Fətəli Axundzadəyə həsr edilmiş elmi konfrans

 

   Berlindəki Humboldt Universitetində dahi Azərbaycan mütəfəkkiri, maarifçisidramaturqu Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib.

  

   Tədbirdə Humboldt-Viadrina dövlət idarəçilik fakültəsi nəzdində Yaxın Şərq və Şimali Afrikanın strateji tədqiqatlar mərkəzinin direktoru, professor Udo Ştaynbax (Berlin) və Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış ediblər. Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux “M.F.Axundzadəyə görə “avropalaşmamodeli - ideyadan reallaşmağa doğrumövzusunda məruzə edib.

   Konfransda çıxışlar bir neçə tematik bölmə (“Axundzadənin öz zəmanəsinə təsiri”, “Azərbaycanda və digər müsəlman cəmiyyətlərində islam, dünyəvi millətçilik və modernləşmə”, “Azərbaycan ədəbiyyatında və tarixində “özününkü” və “özgəninki” obrazları. Azərbaycan və azərbaycanlılar dünya ədəbiyyatında və tarixində”) üzrə məruzələr dinlənilib.

   Konfransın mədəni proqramı çərçivəsində böyük dramaturqun komediyasının motivləri əsasında rejissorlar Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyovun çəkdikləri “Dərviş Parisi partladır” filmi nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2012.- 14 noyabr.- S. 15.