Bir rəssamın arzusu

 

   “Cıdır düzündə dayanıb o əsrarəngiz mənzərəni təsvir etmək istərdim”

  

   Onunla evində, çəkdiyi rəsmlərin əhatəsində söhbət etdik. 52 yaşlı rəssamı çoxları tanıyır - baxımlı əsərləri, özünəməxsus yaradıcılıq üslubu və sadəliyi ilə. İlqar Əkbərovu daha yaxından tanıyaq...

  

   İlqar Əkbərov 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsində təhsil alıb. Müxtəlif illərdə “Şəfəq” bədii istehsalat emalatxanasında icraçı rəssam, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində sərgi şöbəsinin müdiri, Dövlət Rəsm Qalereyasında elmi işlər üzrə direktor müavini, Mədəniyyət Nazirliyi İncəsənət idarəsində aparıcı inspektor vəzifələrində çalışıb. Hazırda Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsində pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İrəvan Dövlət Azərbaycan Dram Teatrında (2000-2002) bir sıra tamaşalara quruluş verib. Əsərləri muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Moskva, Pekin, Kərkük, Brüssel, İstanbul, İzmirs. şəhərlərdə beynəlxalq sərgilərdə iştirak edib.

   Söhbətimizə sənətə gəlişinin tarixçəsi ilə başladı:

  

   - Hər bir insan müəyyən mənada istedadlıdır və doğru zamanda və məkanda olarsa daxilindəki yaradıcı potensialı, istedadı üzə çıxarmağı bacarır. Bu mənada mənim bəxtim gətirib. Məndən 15 yaş böyük olan qardaşım, ixtisasca mühəndis olsa da, rəssamlığa xüsusi maraq göstərirdi. Demək olar ki, uşaq yaşlarımdan yaradıcı mühitdə idim. Çünki qardaşım görkəmli rəssamlarla yaradıcılıq əlaqələri saxlayır, məni çox vaxt özü ilə emalatxanalara aparardı. Onların hər birinin özünəməxsus üslubu, yaradıcılıq baxışları mənə bu sənəti daha da sevdirdi.

   - Müsahibələrinizin birində qara rəngləri daha çox sevdiyinizi demisiniz. Maraqlıdır, niyə qara?

   - Palitramda rənglər çoxdur, amma daha çox bu iki rəngi sevirəm. Bu rənglər mənim üçün konkretliyi əks etdirir. qara rənglərlə işlənmiş rəsmlərim də var. 2009-cu ildə Praqada Xocalı faciəsinə həsr olunmuş sərgidə nümayiş olunan əsərimi də bu iki rəngdən istifadə etməklə çəkmişdim.

   - Çoxları sizin “Şəhidlər” əsərinizlə tanışdır. Bu rəsmin yaranma tarixindən danışaq.

   - Bəlkə həmin əsər ona görə təsirli alınıb ki, 1990-cı ilin 20 Yanvar faciəsindən az sonra çəkilib. Şəhidlər bu mövzuya aid digər rəsmim faciənin 40-cı günü Bakıda açılan sərgidə nümayiş olundu. O əsərlər indi Milli İncəsənət Muzeyində saxlanılır. Mənim, Fuad Bozqurd, Elnaz Hüseynov, Azər Abdullayev başqalarının əsərləri Sovet imperiyasının məkrli siyasətini ifşa edirdi. Sonradan həmin sərgiyə görə müəyyən problemlər yaşadıq. Hətta Bakının hərbi komendantı bizi hədələmişdi. Amma həmin əsərlərin əsl qiymətini ümummilli lider Heydər Əliyev verdi. Məhz onun sərəncamı ilə ilk dəfə 20 Yanvarla bağlı böyük sərgi təşkil olundu. Ulu öndər özü həmin sərginin açılışında iştirak edirdi. Müxtəlif vaxtlarda, o cümlədən faciədən az sonra, həmin ağrılı-acılı günlərdə çəkilən əsərlərə baxdı. Şəhidlərrəsmimlə maraqlandı. Mənə dedi ki, bilirəm, sizi həmin vaxt necə incidiblər. Bunu eşidəndə onun gənc rəssamların yaradıcılığını necə diqqətdə saxladığının bir daha şahidi oldum.

   - Yarımçıq qalan işiniz olub?

   - Olub.

   - Fikir bitməmişdi, ya əsəri tamamlamağa hazır deyildiniz?

   - Yaxın dostlarım rəsmi yekunlaşdırmağı istəmədilər. Rəsmi götürüb gizlətdilər. 20 Yanvar faciəsindən sonra biz gənclər çox çılğın idik. Hər birimiz istəyirdik çox şey edək - fırçamızla, gücümüzlə, emosiyamızla mübarizə aparaq. İmperiya isə bütün vasitələrlə xalqı susdurmaq istəyirdi. Onsuz da sərgi təşkil etdiyimizə görə müəyyən problemlər yaşamışdıq. Xəbərdarlıqlar almışdıq. Yaxınlarım istəmədilər ki, növbəti rəsmə görə həyatım üçün təhlükə yaransın.

   - Yəqin ki, rəsm dövrün siyasi mənzərəsini əks etdirirdi...

   - Bəli. Orada ana fəryadı da vardı, imperiya siyasəti . Rəsmdə arxa planda Bakı buxtası, alatoranlıqda dumanlı şəhər, yuxarıda qara buludlar - məkrli qüvvələr təsvir olunmuşdu. Şəhidlərin dəfn mərasimində gördüklərimi orada əks etdirmişdim. Rəsmdə konkret sima insan yox idi. İnsanların hamısı qaya formasında təsvir olunmuşdu, çiyinlərində qırmızı cənazələr, yerdə şamlar yanırdı. Çərçivənin yerinə qanlı məftillərdən istifadə etmişdim.

   - Əsərlərinizdən bəziləri puantilizm üslubunda çəkilib. Çətin deyil ki?

   - Çətin olsa da, çox maraqlıdır. Puantilizm XVIII əsrdə Avropa rəssamları arasında geniş yayılmış cərəyan olub. Bunun mahiyyəti nöqtələrlə işləmədir. Puantilizm üslubunda işləmək üçün fırçanın itilənmiş arxasını boyaya batırıb hər dəfə kağız üzərinə nöqtə vurursan. Rəsm bitənə qədər eyni hərəkət hər dəfə təkrarlanır. Yəni hər nöqtəni vurmaq üçün fırça hər dəfə boyaya batırılmalıdır. Nəticədə rəsm naxışa bənzəyir. Əgər hər hansı məqamda alətin ucu qırılarsa, ləkə düşərsə, onu heç ilə götürmək olmur, korlanır. Bu işlərimin çoxu şəxsi kolleksiyalarda saxlanılır.

   - Rəsmlərinizə baxanda üç məqam daha çox diqqəti cəlb edir. At sevgisi, təbiətə heyranlıq portret janrında əsərlərinizin az sayda olması...

   - Atları çox sevirəm. Azərbaycan dünyada məşhur at cinsləri ilə tanınır. Savaşlarda at üstündə igidlərimiz böyük qəhrəmanlıqlar göstərib. Ona görə at təsviri yaradıcılığımda xüsusi yer tutur. Çəkdiklərim əsasən mənzərə janrındadır. Emalatxanamın olmaması da məni daha çox təbiət qoynunda çəkməyə sövq edir. Azərbaycanın bütün bölgələrinin özünəməxsus təbiəti var. Rəsmlərimdə bu gözəllikləri olduğu kimi verməyə çalışmışam. Portret janrında əsərlərimin az sayda olmasına gəlincə, məncə, rəssam insanın daxili dünyasını yaxından tanıyarsa, onun portretini dolğun təsvir edə bilər. Əsasən ata anamın, bir yaxınlarımın portretlərini çəkmişəm.

   - Son vaxtlar Türkiyədə keçirilən sərgilərdə fəal iştirak edirsiniz...

   - Təkcə bu il Türkiyədə dörd sərgidə iştirak etmişəm. Bunun bir səbəbi qardaş ölkənin rəssamları ilə yaradıcılıq münasibətlərimin genişlənməsidir. Oradakı sərgilərdə adətən rəssam dostum Nəvai Mətin Məmmədoğlu ilə birgə iştirak edirik.

   Aydın şəhərində rəssamların beynəlxalqRənglərin vəhdətisərgisi, İzmirdə "Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler" çox yaddaqalan oldu. Orada Beynəlxalq Sənətçilər Birliyinə üzv seçildik. Artıq həmin birliyin Azərbaycan təmsilçiliyi yaranıb. Nəvai Mətin Məmmədoğlu rəhbər, mən isə sədr müavini seçildim. Birliyin əsas mərkəzi İzmirdədir. Dünyanın bir çox ölkələrində onun bölmələri fəaliyyət göstərir. Orada tək rəssamlıq deyil, mədəniyyətin müxtəlif sahələrini əhatə edən insanlar toplaşıb. İndi istəyirik ki, 2013-cü ilin may ayında birliyin növbəti festivalını Gürcüstan Azərbaycanda təşkil edək. Layihə Gürcüstandan başlasın, bölgələr üzrə yeni əsərlər çəkilsin festivala Azərbaycanda yekun vurulsun. Yaxın günlərdə isə Tiflis Dövlət İncəsənət Muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgidə iştirak edəcəyəm.

   - Elə hal olub ki, nəsə çəkmək istəmisiniz, amma mümkün olmayıb?

   - Çox-çox illər əvvəl təsadüfən elə oldu ki, Azərbaycan rəssamı Səməd Haqverdiyevin bir işini gördüm bu əsərə bir könüldən-min könülə vuruldum. Cıdır düzünün möhtəşəm təsviri idi. Sərgilənmə dövründə həmin təyyarədə əzildi. Sonra Qarabağımız işğal olundu. Rəsmin torpağın itkisi mənə çox pis təsir etdi.

   Hər bir rəssamın yəqin ki, bir arzusu var - elə bir tablo yaratsın ki, özündən sonra əks-səda doğursun. İstərdim ki, o əsəri işləyim. Cıdır düzündə dayanıb o əsrarəngiz mənzərəni təsvir edim...

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 14 noyabr.- S. 10.