Bəşəriyyətin ən parlaq dühası

 

Oktyabrın 12-də Qazax Rayon Mərkəzi Kitabxanası Müəllimlər İnstitutunun Qazax filialının tələbə-gənclər təşkilatı ilə birgə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi münasibətilə Bəşəriyyətin ən parlaq dühası adlı şeir gecəsi keçirib. Təhsil ocağında gerçəkləşən tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq Nizami Gəncəvinin yaradıcılığından danışıb, onun əsərlərində humanist, ümumbəşəri ideyaların parlaq bədii əksini tapdığını vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialında ədəbi məsləhətçi, şair Bilal Qoca Nizamiyə həsr etdiyi şeirini oxuyub. İnstitutun müəllimlərindən F.Əliyev, İ.Qəsəbova, T.Pirməmmədova dahi şairin yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər. Tələbələr şairin qəzəllərini səsləndiriblər. Sonda rektor Afaq Qasımova çıxış edərək dahi şairin əsərlərində pedaqoji fikirlərindən, mənəvi-əxlaqi tərbiyə məsələlərindən söz açıb.

 

 

Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 10.