Şair-publisistin yubileyi qeyd edilib

 

   Qusar Rayon Mərkəzi Kitabxanasında şair-publisist Həsən Xasiyevin anadan olmasının 60, ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev şairin həyat və yaradıcılığı haqqında danışıb. Bildirilib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan H.Xasiyev “Qızıl qələm”, “Araz” mükafatlarının laureatıdır. Şair-publisist əsərlərində sadə həyat həqiqətlərini əks etdirir.

   Mərasimdə yubilyara rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı təqdim edilib. Tədbir məktəblilərin ifasında Həsən Xasiyevin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

 

  Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 15.