“Yenidən birlikdə Nikulin sirkində”

 

  Bakı Dövlət Sirkinin gənc artisti Moskvada çıxış edib

  

   Rusiya paytaxtında Moskva Dövlət Nikulin Sirkinin hazırladığı yeni proqramın premyerası olub. “Yenidən birlikdə Nikulin sirkində” adlı proqramın ilk nümayişində Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə də iştirak edib.

   Bakı Dövlət Sirkinin mətbuat xidmətindən bildiriblər ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Moskva şəhər rəhbərliyi və Rusiya Dövlət Sirk Şirkətinin dəstək verdikləri layihə xalqlar arasında dostluq münasibətlərinin inkişafı, mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

   Premyeradan əvvəl Moskva Dövlət Nikulin Sirkinin direktoru Maksim Nikulin, Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə, Ukrayna, BelarusLatviya sirkləri direktorlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını cavablandıran V.Bağırzadə Bakı Dövlət Sirkinin fəaliyyəti, beynəlxalq əlaqələri, məşhur azərbaycanlı sirk artistləri barədə məlumat verib.

   “Yenidən birlikdə Nikulin sirkində” proqramının premyerasında Bakı Dövlət Sirkini gənc sirk artisti, hava gimnastı Orxan Əhmədov təmsil edib. Azərbaycan dövlət bayrağı ilə manejə çıxan artistimizin çıxışı alqışlarla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 6.