Xəlil Rza Ulutürkün 80 illik yubileyi qeyd olundu

 

   Oktyabrın 30-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın böyük istiqlal şairiictimai xadimi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi.

  

   Prezident İlham Əliyevin \"Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında\" 4 iyun 2012-ci il tarixli sərəncamının icrasına uyğun olaraq keçirilən mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdilər.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Xalq şairi Nəriman Həsənzadə, filologiya üzrə fəlsəfə doktoru Azər Turan çıxış edərək şairin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, Xəlil Rza poeziyasının milli təfəkkürümüzün oyanmasında rolundan söz açdılar. Şairin həyat yoldaşı Firəngiz Ulutürk tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Mərasimdə şairin şeirləri səsləndirildi, sözlərinə yazılmış mahnılar ifa olundu.

 

 

   Mədəniyyət.- 2012.- 31 oktyabr.- S. 2.