Yusif Vəzir Çəmənzəminliyə həsr edilmiş sərgi

 

   Sentyabrın 5-də Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin 125 illik yubileyinə həsr edilmiş sərgi açılıb.

  “Azərbaycan ədəbiyyatını türk aləminə tanıdan yazıçı” adı altında reallaşan sərgidə Çəmənzəminlinin əsərləri, şəkilləri, onun haqqında yazılmış elmi - publisistik materiallar nümayiş olunub. Həmçinin kitabxananın oxucularına yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

   Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 13.