Gəncədə Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş sərgi

 

   Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıq çərçivəsində Gəncədə ümumşəhər sərgisi təşkil edilib.

 

   Mərkəzi meydanda təşkil edilmiş sərgidə şəhərin aliorta ixtisas məktəblərindən, eləcə də idarə və təşkilatlardan təqdim olunmuş yüzlərlə əl işi nümayiş etdirilib.

   Tamaşaçılar burada nümayiş etdirilən, üzərində şairin rəsmi olan müxtəlif ölçülü xalçalara, məktəblilərin dahi söz ustasının müxtəlif əsərlərinə çəkdikləri şəkillərə, eləcə də “Xəmsə”nin motivləri əsasında hazırlanmış səhnəciklərə maraqla tamaşa ediblər.

 

 

    Mədəniyyət.- 2012.- 12 sentyabr.- S. 9.