Musiqi alətlərimizin tarixi - Ud

 

   "Musiqi əxlaqi qanundur. O bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insanı xəyalən göylərə ucaldır. Musiqi qayda-qanunun, nizamın əsasıdır. O bütün əbədi ülvilik və gözəlliklərin təcəssümüdür”. Bu sözlərin müəllifi olan böyük yunan filosofu Platon həm də ud musiqi alətinin ixtiraçısı kimi tanınır.

  

   Ərəbistan, Türkiyə, İranbir çox Şərq xalqları arasında geniş yayılan ud ərəb dilində "ağac" mənasını verir. Ud haqqında ilk məlumatlara mosullu İshaq İbn İbrahimin (767-849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870-950) əsərlərində rast gəlinir. Bir çox musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə müxtəlif rəvayətlər söylənilir. Orta əsr musiqi elminin inkişafında əsas yer tutan Səfiəddin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağayi ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Bir sıra yazılı mənbələrdə isə bu aləti, qeyd etdiyimiz kimi, yunan filosofu Platonun adı ilə bağlayırlar.

   Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olub. Onun udda məharətlə çaldığı günümüzəcən gəlib çatıb. Bu aləti özünəməxsus ustalıqla ifa edən, XVII əsrdə Orta Asiyada yaşamış Dəvriş Əli adlı məşhur musiqiçi udu "bütün musiqi alətlərinin şahı" adlandırıb. Nizami Gəncəvi udun səsindəki qeyri-adi gözəllikləri əsərlərində dönə-dönə vəsf edib.

   XV əsrin böyük alimi Əbdürrəhman Cami isə udun tarixindən bəhs edərək alətin əvvəlcə dördsimli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləyir.

   Alətin özünəməxsus qüdrətli səsini dahi Füzuli "Yeddi cam" ("Həft-cam") əsərində belə təsvir edib:

  

   Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim,

   Mən bu işi bir hikmət üçün bərqərar etdim.

   Bir ud sədası bu zaman qalxdı həvayə,

   Yandım, tütünüm çıxdı mənim övci səmayə.

  

   Miniatür sənət əsərlərində udun təsvirinə rast gəlmək mümkündür. Qədim udun dörd simini od, su, torpaqhava ilə müqayisə etmişlər. Birinci sim "zir", ikinci "məsna", üçüncü "mislas", dördüncü "bəm" və sonralar əlavə edilmiş beşinci sim "had" adlandırılıb. Qədim ud əsrlər boyu quruluşforma etibarı ilə islah edilib, dövrümüzə qədər təkmil bir alət kimi gəlib çatıb. Ərəblər tərəfindən İspaniyaya gətirilən ud, sonralar Qərb ölkələrində geniş yayılıb. Müasir udun beş qoşa, bir tək (cəmi on bir) simi olur.

   Ud çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. İpək sap, bağırsaq xüsusi kaprondan hazırlanmış simlər bir-birinə kvarta münasibətində köklənir. Armudvarı çanaqdan, qol aşıqlar yerləşən kəllədən ibarət alətin çanağı yığma üsulu ilə bir neçə hissədən, əsasən, səndəl, qoz armud ağaclarından hazırlanır. Bu taxta hissələr (qabırğalar) xüsusi qəliblərdə istiyə verilərək lazımi ölçüdə əyilir hissə-hissə yığılır. Çanağın üzü şam ağacından hazırlanmış taxta üzlüklə örtülür.

   Udun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "fa" səsinə kimidir. Qədim zamanlarda aləti mizrab əvəzinə qartal lələyi ilə ifa edərmişlər.

   Sonralar ud solo müşayiətçi alət kimi orkestr ansamblların tərkibinə daxil edilib.

   Tanınmış ərəb musiqişünası H.Tuma ərəblərin musiqi həyatı musiqi praktikası haqqında ən qədim məlumatlara VI əsrdə - İslam dövründən 100-150 il əvvələ təsadüf edildiyini yazır. Ancaq ərəb musiqi mədəniyyəti İslamdan sonra formalaşıb inkişaf etmiş, ərəblər İrandan ustad sənətkarları: ifaçıları, xanəndələri, rəqqasları öz ölkələrinə aparıblar. Bunların içərisində Azərbaycan-türk musiqiçiləri olub. Əl-Məsudinin verdiyi məlumata görə, İslam dövründən əvvəl Ərəbistanda tanınmış şair musiqiçi olan Əl-Xəris Əl-Kəldə (622-ci ildə öldürülüb) İraqdan Xosrov Pərvizin yanına gəlib onun sarayında ud çalmağı oxumağı öyrənib. Sonra isə o, Məkkəyə qayıdaraq mənsub olduğu əhaliyə bu sənəti öyrədib.

   Azərbaycanda da hələ orta əsrlərdən ud musiqi alətinə böyük maraq olub. XX əsrdə Fikrət Əmirovun atası Cəmil Əmirov, Əhsən Dadaşov gözəl ud ifaçısı kimi tanınıblar. Sovet dövründə ilk dəfə ud Əhsən Dadaşovun, sonra isə Əhməd Bakıxanovun Baba Salahovun ansambllarında yer alıb. XX əsrin sonlarında Əməkdar artist Yasəf Eyvazov ilk peşəkar ud ifaçısı kimi tanınıb.

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 10.