Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anılıb

 

   Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədar Novi Sad şəhərində Üzeyir Hacıbəyli Memorialını ziyarət ediblər.

   Memorial Prezident İlham Əliyevin təşəbbüsü və dövlətimizin maliyyə dəstəyi ilə Dunay çayı üzərindəki “Sahilyanı park”da yaradılıb. Novi Sad şəhər meriyasının və ictimaiyyətin nümayəndələrinin də iştirak etdikləri tədbirin iştirakçıları dahi bəstəkarın büstü önünə gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından söhbət açıblar.

 

 

   Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 3.