Dünya kinematoqrafına töhfələr verən Mərakeş

 

   Ərəb ölkələrinin kino aləmi

 

   Həsən Hami: “Mərakeş kinosu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İndi ölkəmizdə hər il 30-40 tammetrajlı film çəkilir”

  

   Bu günlərdə İslam ölkələrində qarışıqlıq yaratmış oxşatmaca filmə cavab verməyin ən yaxşı yolunu Qətər dövləti seçdi: Məhəmməd peyğəmbər haqda möhtəşəm bir kino layihəsi. Buna imkan yaradan səbəblərdən biri Qətərin dünyanın ən varlı dövlətləri sırasında durması ilə yanaşı, həm də kinoya müdrik yanaşma çağırışıdır. Bu ay Avropa ölkəsi İsveçin Ərəb kinosu Filmləri Festivalı keçirmək təşəbbüsü də dünyanı kinonun təsir imkanları ilə xilas etmək istəyən tərəqqipərvər qüvvələrin səsinə səs vermək istəyi ilə bağlıdır. Yaxın aylarda şəhərimizdə də bir neçə ərəb ölkəsinin kino günlərinin təşkili planlaşdırılır. Belə tədbirlər kinosevərlərə, mütəxəssislərə dünya kinematoqrafının önəmli qolunu təşkil edən ərəb kinosu ilə qismən də olsa tanışlıq imkanı yaradır. Mərakeş Filmləri Həftəsi də bu sıradandır. Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Hami ilə müsahibəmiz də bu ölkənin kinosu ilə bağlıdır.

  

   - Cənab səfir, ilk növbədə istərdim Mərakeşin kino tarixini elə kinonun özünün ilk tarixi dövrlərindən başlayaraq vərəqləyək. Axı uzun bir tarixi dövr ərzində Fransa ilə bağlı olan Mərakeş ola bilməz ki, dünya kinematoqrafının beşiyi sayılan Fransa kinosundan ayrı düşsün...

   - Əslində, mən bu suala kino tarixçilərinə istinadən cavab verə bilərəm. Mərakeşdə kinostudiyalar 20-ci əsrin 80-ci illərində meydana gəlsə də, kinematoqrafiyanın tarixi, sizinqeyd etdiyiniz kimi, elə Fransa kinosunun baniləri Lümyer qardaşlarının fəaliyyəti ilə bağlı olub. Hələ 1887-ci ildə onlar öz operatorlarını natura çəkilişləri üçün Mərakeşə göndərmiş və burada “Mərakeş çaparı” filmi çəkilmişdir.

   - Mən də bəzi mənbələrdən oxuduğuma əsasən deyə bilərəm ki, Mərakeşin dünya kinosu tarixində böyük rolu olub. Hətta Mərakeş kino sənayesini Hollivudla səs ahəngi yaradan Mallivud adlandıranlar da var.

   - Sizin sözünüzə əlavə olaraq Hollivud korifeyi, dünya şöhrətli Orson Uelsin adının mərakeşlilərə yad olmadığını təsdiqləyə bilərəm. Belə ki, Mərakeş şəhərlərinin birindəki meydan Orson Uelsin adını daşıyır. O,1952-ci ildə həm rejissoru, həm də ifaçısı olduğuOtellofilmini bizim ölkədə çəkib.

   - Mənim üçün diqqətçəkən bir məqam da var. Hollivud da sanki sizdə istehsal etdiyi filmlərlə fəxr edərək ekran əsərlərində Mərakeş adını ön plana çəkib. Bayaq qeyd etdiyiniz kimi, Lümyer qardaşlarının “Mərakeş çaparı” filmi, sonra 1930-cu ildə Marlen DitrixQreyqori Pekin baş rolda çəkildiyi “Mərakeş” filmi, 1942-ci ildə Devid Batlerin “Mərakeşə gedən yolfilmi, yəqin ki, bu siyahını artırmaq da olar?

   - Bir faktı da əlavə edim ki, dünya şöhrətli aktrisa Marlen Ditrix “Mərakeş” filmindəki rola görə “Oskara layiq görülüb.

   - Bəli, bildiyimə görə, “Paromaunt Pikçersin istehsalı olan “Mərakeş” ümumilikdə 4 “Oskar” alıb. Əla səslənir: “Mərakeş” və “Oskarlar yağışı.

   - (Gülümsəyir) Bizdə də bir sıra rejissorlar bu adı unutmurlar. Xalid Bənnani, Səyid Nasiri, qadın rejissorlarımızdan Nərgiz Nəjjar, Leyla Marrakçinin filmlərini misal çəkə bilərəm.

   - Leyla Marrakçinin Fransa ilə birlikdə 2005-ci ildə çəkdiyi “Mərakeş” filminə baxmışam. Film müasir, varlı Mərakeş ailəsindən olan gənc qızla yəhudi oğlanın məhəbbəti probleminə həsr olunub. Qız müsəlman olsa da, daha çox Qərb-Fransa gənclərinin həyat tərzini yaşayır - içki, siqaret, Ramazan ayının adət-ənənələrinə el-obası kimi yanaşmamaq. Başa düşürəm, bizdə də belə gənclər olurbu mövzuda dərinə getmək istəmirəm. Amma bir halda ki, millilikdən danışdıq, yəqin ki, sizin ölkənizdə də milli kino tarixini milli kino sənətkarlarınızın yaradıcılığı ilə bağlayırlar.

   - Elədir ki var. İlk milli filmimiz 60-cı illərin ortalarında yaranıb. Bu, 1968-ci ildə M.TaziA.MesnauinininYaşamaq üçün qalibiyyət” adlı tammetrajlı filmi idi. Daha sonra çəkilən L.BennaniA.Ramadaninin “Əzgil yetişəndə”, Lətif Ləhlunun “Bahar günəşi” filmləri cəmiyyətin demokratik dünya görüşlü təbəqəsinin həyatını əks etdirirdi. Mərakeş milli kinosuna ən böyük şöhrət gətirən ekran əsəri isə rejissor Həmid BennanininUşma” (“İzlər”) filmi oldu. Sonra isə Süheyl Ben Barkanın “MinBir əl” (İtaliya ilə birgə istehsal) milli kinomuza beynəlxalq miqyasda mükafatlar qazandırdı. Bu rejissorun SeneqalQvineya kinematoqrafçıları ilə birlikdə çəkdiyi “Amokfilmi 1982-ci ildə Moskva kinofestivalının baş mükafatına layiq görüldü.

   - Yadımdadır, Ben Barkanın yaradıcılığı bizə - sovet kinosevərlərinə, kino xadimlərinə də yaxşı tanış idi. 1990-cı ildə İtaliya, İspaniya, SSRİ və Mərakeşin birgə istehsalı olanÜç kralın döyüşüfilminin rejissorları o və özbək sənətkarı Oçqun Nəzərov idi. Bu ekran əsərində Klaudia KardinaleSergey Bondarçuk kimi dünya şöhrətli aktyorlar çəkilmişdilər.

   - Bütün bunlar bizim kinomuzun yaxın keçmişi ilə bağlıdır. Yeni minillikdə Mərakeş kinosu da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İndi Mərakeşdə hər il 30-40 tammetrajlı film çəkilir.

   - 30-40... Nə gözəl. Hamısını da dövlət maliyyələşdirir?

   - Xeyr, yalnız 10 faizini. Yerdə qalan problemləri Mərakeş Kino Mərkəzi həll edir. Onu da qeyd edim ki, Mərakeşdə kino sahəsi Mədəniyyət Nazirliyinin deyil, Təhsil Nazirliyinin tabeliyindədir. Ölkəmizdə həm özəl, həm də dövlət kino institutları var. Kino sənayemizin tərkib hissəsinə aid olan Uarzazat şəhərində kinematoqrafın sirlərinə yiyələnmək istəyən mütəxəssislərin təcrübə keçmək imkanları çox genişdir. Buradakı kinostudiyalarda çəkilən bir neçə Hollivud filminin adını sadalasam imkanların səviyyəsini təsəvvür etmək çətin olmaz: “Troya”, “Qladiator”, “Makedoniyalı İskəndər”, “Allah rəsulu Məhəmməd” və digərləri. Bizdə indi teatra nisbətən kino daha çox inkişaf edir. Belə ki, teatr sənətkarlarının kinoya axını mövcuddur. Hər il beynəlxalq kinofestivallar keçiririk, son iki ildə isə Tituanda Qadın Filmləri Festivalı da xüsusi əhəmiyyət kəsb edə bilib. Kinoteatrlarımıza tamaşaçı axını da xüsusi qayğı ilə əhatə olunub. Bizdə hətta gözdən əlillər üçünkinoteatrlar mövcuddur.

   - Arzu edərdim ki, kinosuna belə əhəmiyyət verən ölkə ilə bizim respublikamızın kinematoqrafçılarının birgə layihələri olsun...

   - Təbii ki, biz də mədəni əməkdaşlıq çərçivəsində belə layihələrin gerçəkləşməsinə müsbət yanaşardıq.

   - Çox geniş auditoriyada olmasa da, respublikamızda keçirilən Mərakeş Mədəniyyəti Günlərində kinosevərlər sizin müasir rejissorlarınızın filmlərini seyr edə biliblər. David Ulad SaidininPazolinini gözləyərkən” kinokomediyası da bu filmlər sırasında idi. O, milli kino nümunəsi kimi xoşuma gəldi. Bəs siz necə, buradakı fəaliyyət müddətinizdə bizim milli filmlərimizə baxmısınızmı?

   - Baxmışam. İndi konkret filmlərin adını çəkə bilməsəm də, qeyd etməliyəm ki, Azərbaycan kinosunda milliliyi qoruma ənənəsi xoşuma gəlir.

   - Mən də Mərakeş kinosuna uğurlar arzulayıram və gələcəkdə kino əlaqələrimizin inkişafına ümid edirəm.

   - Sağ olun.

  

 

   Sədaqət Kamal

 

   Mədəniyyət.- 2012.- 28 senntyabr.- S. 10.