Bakıda Çarlz Dikkensin yubileyinə həsr olunmuş fotosərgi açılıb

 

   Yanvarın 25-də “British Council-Azərbaycan” nümayəndəliyinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində görkəmli ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunmuş fotosərgi açıldı.

  

   Tədbirdə çıxış edən “British Council”un Azərbaycan üzrə direktoru Pol Klementson yazıçının yaradıcılığı haqqında məlumat verdi. Qeyd olundu ki, fevralın 7-də böyük yazıçının anadan olmasının 200 illiyi tamam olur. Bununla əlaqədar olaraq “British Council” 2012-ci iliÇarlz Dikkens ilielan edib.

   Anadan olmasından 200 il keçməsinə baxmayaraq, Dikkensin bu günədək dünyada Böyük Britaniyanın mədəniyyət səfiri ingilis ədəbiyyatının tanınmış siması hesab edildiyini bildirdi. “Dikkens-2012” layihəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlərin keçirildiyini qeyd edən P.Klementsonun sözlərinə görə, məqsəd dahi yazıçının yaradıcılıq irsinin yada salınması geniş təbliğidir.

   Tədbir çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən Çarlz Dikkensin “Oliver Tvistin macəralarıəsəri əsasında hazırlanan tamaşadan bir hissə oynanıldı.

   Daha sonra fotosərgiyə baxış keçirildi. Fevralın 8-dək davam edəcək sərgidə 12 yerli fotoqrafın 32 əsəri nümayiş etdirilir. Onlar Ç.DikkensinBozun eskizləriəsərindən seçdikləri epizodlara uyğun olaraq çəkdikləri fotoşəkilləri təqdim edirdilər. Foto müəllifləri ötən ilin dekabrında britaniyalı fotoqraf Suzan Parkhil tərəfindən keçirilmiş təlimin iştirakçılarıdır.

   Qeyd edək ki, BakıdaDikkens ililayihəsinin yekun tədbiri fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 27 yanvar.- S. 12.