Avstriyada Azərbaycanın turizm imkanlarına maraq böyükdür

 

Vyana sərgisi ölkəmizin Avropa turizm bazarında təbliğinə mühüm töhfə oldu

Xəbər verdiyimiz kimi, yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçirilən Ferien Messe 2012 beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub.

Tədbirdə iştirak etmiş Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Səbuhi Əfəndizadənin qəzetimizə verdiyi məlumata görə, yarmarkaya dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 800-ə yaxın şirkət qatılıb: Ənənəvi olaraq hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır. Sərgi turistlərin Avstriyaya marağını artırmaqla yanaşı, yerli əhali üçün də qış və ya yay istirahətini ayrı-ayrı ölkələrdə keçirmək üçün maraqlı məlumat mənbəyi olur.

Azərbaycan da Ferien-Messe Wien sərgisində artıq 6-cı dəfə iştirak etdi.

Mədəniyyət Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi üçün sərgidə 24 kvadratmetrlik sahə icarəyə götürülüb. Burada əksəriyyəti alman ingilis dilində olmaqla, 20 çeşiddə müxtəlif səpkili reklam turizm məhsulları nümayiş etdirilib ziyarətçilərə paylanıb. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyəti tarixi ilə yanaşı, Qarabağ, Şuşa haqqında kitab bukletlər yer alıb. Guşədə yerləşdirilmiş monitorda Azərbaycanın səfalı məkanlarına həsr olunmuş videoçarxlar göstərilib.

S.Əfəndizadənin sözlərinə görə, sərgidə Azərbaycan lövhəsinə böyük maraq olub: Ziyarətçilər ölkəmizin tarixi abidələri, təbiəti, mədəniyyəti ilə bağlı suallar verirdilər. Onları Azərbaycanın mədəni turizm marşrutları, o cümlədən Şərab yolu İpək yolu marşrutları daha çox maraqlandırırdı.

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən Geo turizm, İmprotex Travel Gilan Tourism şirkətlərinin nümayəndələri iştirak edib. Onlar sərgi zamanı Avstriyanın digər ölkələrin turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Sərgi zamanı nümayəndə heyətimizin üzvləri TRT Avaz telekanalına müsahibələr veriblər, Azərbaycanın turizm potensialı, Avropa ölkələri ilə turizm sahəsində əməkdaşlıq, son illər ərzində ölkəmizdə turizm sektorunun inkişafı barədə söz açıblar: Sərgi zamanı Turizm Filmləri Festivallarının Beynəlxalq Komitəsinin sədri Aleksandr Kammel ilə gələcək əməkdaşlığa dair müzakirələr aparıldı. Həmçinin Avstriyanın MediaMed şirkətinin, Freytag&Berndt nəşriyyatının nümayəndələri Besser Reisen jurnalının rəhbərliyi ilə görüşlər keçirdik. Ümumilikdə Vyana sərgisi ölkəmizin Avropa turizm bazarında təbliğinə mühüm töhfə oldu.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 9.