Turan Yazqana TÜRKSOY-unOnur medalıverilib

 

    Yarandığı gündən türk xalqlarının mədəniyyətinin araşdırılması, gənc nəslə çatdırılması, habelə dünyada təbliği istiqamətində fəaliyyət göstərən TÜRKSOY türkdilli ölkələrin elm, sənət mədəniyyət xadimləri üçün «TÜRKSOY - Onur medalı» təsis edib. 2011-ci ilin yekunlarına görə, medalın türk dünyasının elm mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan professor Turan Yazqana verilməsi qərara alınıb.

   Azərbaycanın qurumdakı təmsilçisi Elçin Qafarlının verdiyi məlumata görə, TÜRKSOY Baş katibliyinin qərargahında təşkil olunan mərasimdə medal sahibinə təqdim edilib. Sonra professor Turan Yazqanın türk dünyasının milli-mənəvi mədəni birliyi yolunda əzmkar fəaliyyətindən bəhs edən film nümayiş olunub.

   Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov professor Turan Yazqanın türk dünyasını sevən, onun problemlərinin həllinə xüsusi can yandıran böyük şəxsiyyət olduğunu bildirib. Onun fəaliyyətinin türk dünyasında böyük hörmətlə izlənildiyini hörmətlə qarşılandığını vurğulayıb.

   Türkiyə Cümhuriyyətinin mədəniyyət turizm naziri Ərtoğrul Günay öz növbəsində TÜRKSOY-un təsis etdiyi medalın professor Yazqana verilməsini yüksək qiymətləndirib. Ərtoğrul Günay deyib ki, professor Yazqanın təşəbbüsləri sayəsində türkdilli ölkələr son illər xüsusən humanitar sahədə elmi əməkdaşlığı daha da gücləndiriblər. Nazir professor Turan Yazqanın bundan sonra da türk mədəniyyətinin araşdırılması təbliği sahəsində böyük işlər görəcəyinə ümidvar olduğunu deyib.

   Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqan belə bir yüksək medala layiq görülməkdən şərəf duyduğunu bildirib TÜRKSOY-a minnətdarlığını ifadə edib.   

 

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 6.