Orta əsr şəhər mədəniyyəti və Beyləqan”

 

   “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Orta əsr şəhər mədəniyyəti və Beyləqan” mövzusunda seminar keçirilib. Beyləqan Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsinin də dəstək verdiyi tədbirin məqsədi son zamanlar Azərbaycanın orta əsr şəhərlərində, eləcə də Beyləqanda əvvəllər aparılan tədqiqatların tariximizi öyrənmək baxımından əhəmiyyətini diqqətə çatdırmaq olub.

   Seminarda “Azərbaycanda arxeoloji turizmin inkişafında orta əsr Ağsu şəhəri təcrübəsi”, “Azərbaycanda orta əsr şəhər mədəniyyətinin öyrənilməsində Beyləqan şəhərinin rolu”, “Beyləqan rayonunun tarixi bölgə tarixçilərinin gözü ilə”, “Beyləqan folkloru” və s. mövzularda məruzələr dinlənib. Orta əsr Beyləqan şəhər yerində vaxtilə aparılmış arxeoloji tədqiqatların bərpasının zəruriliyi vurğulanıb, bu addımın tariximizin öyrənilməsinə, habelə bölgədə mədəni turizmin inkişafına müsbət təsir göstərəcəyi ifadə olunub.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 3 aprel.- S. 8.