“Art Villa” qalereyasındaHisslərsərgisi

 

   Aprelin 9-da “Baku Creative Center” yaradıcılıq mərkəzinin Bakı qalereyalar festivalı çərçivəsində “Art Villa” qalereyasında sərgi keçirilib.

   Hissləradlanan sərgi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının layihəsidir. Sərginin məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanımaq tanıtdırmaqdan ibarətdir.

   Açılış mərasimində bildirilib ki, Bakı qalereyalar festivalının məqsədi paytaxtımızda qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirərək ümumi ətrafında birləşdirmək, sadə insanlarda incəsənətə maraq yaratmaq nəticədə sənətsevərlər üçün əsl incəsənət bayramı təşkil etməkdir.

   Sərgidə Nazim Məmmədov, Rasim Babayev, Mikayıl Abdullayev, İntiqam Ağayev, Fərid Ələkbərov, Sara Hüseynli, Rahim Həşimov, Siruz Mirzəzadə, Çingiz Fərzəliyev, Cəmalə Rəhmanlı, Emil Əziz, Günay Hüseynova, Könül Kəngərli, Eldar Babazadə, Ruslan Kovalyov, Vüqar Əli, Könül Hüseynzadə, Pərviz Cəfərov, Vüqar Quliyev digər rəssamların əsərləri nümayiş olunub.

 

 

    Mədəniyyət.- 2013.- 10 aprel.- S. 2.