Gənc pianoçuların konsert proqramı

 

   Türkiyədə ali musiqi təhsili alan gənc pianoçular - Abuzər və Turan Manafzadələr Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə dünya bəstəkarlarının əsərləri səslənib.

   Gənc musiqiçi Turan Manafzadə bir çox beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülüb, 2009-cu ildə Qəbələ Beynəlxalq musiqi festivalında uğurla çıxış edib. Abuzər Manafzadə də qardaşı kimi uğurlu ifaçılıq fəaliyyəti göstərməkdədir. Gənc ifaçıların çıxışı alqışlarla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 5.