Kolombo festivalında “Kontrabas

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 26-dan aprelin 4-dək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSİTEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda teatr P.ZüskindinKontrabas” tamaşası ilə təmsil olunub. Yaradıcı heyətə teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar artist Mübariz Həmidov rəhbərlik edib. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov “Azərbaycan milli dünyəvi peşəkar teatrı - 140” və “Azərbaycan teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.

   Festivalda Əməkdar artist, “Qızıl dərviş” mükafatı laureatı, Prezident mükafatçısı Şövqi HüseynovKontrabas” monotamaşasını təqdim edib. Tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı, Misirdən festivala qatılmış teatr mütəxəssisləri və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, “Kontrabas” tamaşası indiyədək İran, Türkiyə, Moldova, RusiyaUkraynada beynəlxalq teatr mükafatlarına layiq görülüb.

 

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 11.