Böyük söz ustadı yad edildi

 

   Aprelin 6-da Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan M.P.VaqifM.V.Vidadinin xatirə muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

   Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Şöbəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının dəstəyi ilə keçirilən tədbirdə mədəniyyət işçiləri, muzey əməkdaşları, musiqi məktəblərinin kollektivləri də iştirak ediblər.

   Tədbiri Yazıçılar Birliyinin Qazax zona filialının sədri, şair Barat Vüsal açaraq böyük söz ustadının həyat və yaradıcılığından danışıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, Yazıçılar Birliyinin Qazax zona filialının ədəbi məsləhətçisi şair Bilal Qoca, xatirə muzeyinin direktoru Məhruzə Hüseynova və digər çıxış edənlər Vaqif sənətinin ölməzliyindən söhbət açıblar.

   Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam əsasında hər il avqustun əvvəlində QazaxdaVaqif Poeziya Günləri” keçirilir, şairin xatirəsi həmişə əziz tutulur. Tədbirdə Vaqifin şeirləri, musiqilər səsləndirildi.

 

  

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 12.