Qusarda tanınmış yazıçı ilə görüş

 

   Qusarda tanınmış detektiv əsərlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı ilə görüş keçirilib. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilmiş görüşdə ziyalılar, məktəbli oxucular, kitabxanaçılar iştirak ediblər. Yeddinci mərtəbədə qətl”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Xəyanət”, “Qan ləkəsi”, “Bakıdan gələn xəfiyyə” və digər detektiv əsərlərin müəllifi Elxan Elatlı qusarlı oxucularının suallarını cavablandırıb, görüşə gəldiklərinə görə onlara təşəkkür edib. Tədbirdə yazıçının son dövrdə nəşr olunan əsərləri sərgilənib, müəllif yeni kitablarını imzası ilə oxuculara təqdim edib.

 

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 2.