Xoreoqrafiya Məktəbi şagird və tələbələrinin konserti

 

   Aprelin 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Xoreoqrafiya Məktəbinin şagird və tələbələrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti keçirilib. Konsertdə məktəbin şagird və tələbələrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının balet, vals və rəqsləri təqdim olunub.

   Məktəbin klassikxalq bölməsinin şagird və tələbələrinin təqdimatında Qara QarayevinYeddi gözəl”, P.ÇaykovskininŞelkunçik”, “Yatmış gözəl”, L.MinkusunPaxita”, “Don Kixot”, P.Gertelin “Əbəs yerə ehtiyat”, A.Adanın “Jizel” baletlərindən variasiyalar, “Azərbaycan” süitası, Polşa, Norveç, rus xalq rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

    Mədəniyyət.- 2013.- 19 aprel.- S. 2.