Mədəni irs olimpiadası

 

   Aprelin 16-da “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının tələbələr arasında təşkil etdiyi mədəni irs olimpiadasının ikinci mərhələsi keçirilib.

  

   Müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Rəssamlıq Akademiyası, Avrasiya Universiteti, Turizm İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və AMEA Tarix İnstitutundan olan tələbə və magistrlar qatılıblar.

   Mərkəzi Elmi Kitabxananın oxu zalında keçirilən olimpiadanı kitabxananın direktoru, filologiya elmləri doktoru, professor Aybəniz Əliyeva-Kəngərli açıq elan edib, tədbiri gənclərin mədəni irs biliklərinin möhkəmləndirilməsi və yoxlanılması və təşviqi baxımından uğurlu hadisə adlandırıb.

   Mirasİctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olimpiadaya marağı nəzərə alaraq işi gələcəkdə daha da genişləndirəcəklərini bildirib. Çıxışlarda mədəni irsin təbliğində və maarifləndirmə işlərinin aparılmasında səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

   Sonra olimpiada iştirakçıları 3 variantda təqdim olunan sualları cavablandırıblar. Mədəni irslə bağlı bilikləri ilə fərqlənən 17 iştirakçı növbəti mərhələdə çıxış etmək hüququ qazanıb.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 4.